Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (10-03-2023, 12:31)
Gürcüstan parlamenti “xarici agentlər” barədə qanunu rədd etdi

Gürcüstan parlamenti “xarici agentlər” barədə qanunu rədd etdi

Gürcüstan parlamenti ölkədə kütləvi etirazlara səbəb olan “xarici agentlər” barədə qanun layihəsinin əleyhinə səs verib.

Mediatv.az Gürcüstan mediasına istinadən xəbər verir ki, parlament bununla da “Xarici təsirin şəffaflığı” barədə qanun layihəsini rəsmi olaraq geri götürüb.

Məlumata görə, 1 deputat qanun layihəsinin lehinə, 35 deputat əleyhinə səs verib, 58 deputat isə bitərəf qalıb.

Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası martın 9-u qalmaqallı qanunu geri götürüb. 

Qeyd edək ki, fevral ayında “Xalqın gücü” hərəkatının üzvləri parlamentə “xarici agentlər” barədə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyata alınması” barədə qanun layihələrini təqdim edib. 

Birincisi Rusiyada qüvvədə olan qanun layihəsinə bənzədilir. Gürcüstan parlamenti martın 7-si məhz bu layihəni qəbul edib. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar “xarici təsirli agent” statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Politoloqların fikrincə, belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına daxil edilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirir.

İkinci qanun layihəsi isə şərti olaraq “ABŞ variantı” adlandırılır. Belə ki, bu layihə Amerikada 1938-ci ildə qəbul edilən “Xarici agentlərin qeydiyyata alınması barədə qanun”la (Foreign Agents Registration Act, FARA) oxşardır. Bu qanuna əsasən “xarici agent” statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024