Karusel (8-03-2023, 12:34)
Gürcüstan qarışdı: parlament binası yandırıldı, onlarla yaralı var
Gürcüstanda xarici agentlər haqqında qanuna etiraz olaraq keçirilən etiraz aksiyasında 66 nəfər saxlanılıb.
Mediatv.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, DİN-in 50-yə yaxın əməkdaşı xəsarət alıb:
“Onlardan bir neçəsi cərrahiyə əməliyyatı olunub”.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıq faktı ilə bağlı araşdırmalara başlanılıb:
“Etirazçılar polis maşınlarına, xüsusi texnikaya ziyan vurub, parlament binasını yandırıb, pəncərələri sındırıblar. Mitinq iştirakçıları Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı fiziki güc tətbiq edərək onlara müxtəlif əşyalar atıblar. Polis ardıcıl olaraq güc tətbiq etmək məcburiyyətində qalıb”.
Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.
Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024