Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-01-2023, 13:42)
“Oğullarımızı bilərəkdən ölümə göndəriblər” – Erməni əsgər anaları

“Oğullarımızı bilərəkdən ölümə göndəriblər”
Ermənistanda hərbi hissələrdən birinin keçmiş komandiri Arsen Abqaryanın işi üzrə keçirilən məhkəmə iclasında Andranik Makaryan, Sarkis Kulakçyan, Ellada Harutyunyan ilə bağlı ittiham aktı açıqlanıb.
Müharibə zamanı itkin düşən əsgər analarından biri deyib ki, Baş Qərargah rəisinin keçmiş müavini Andranik Makaryan özünə ittihamları qəbul etmir. “Deyir ki, əmrə əməl ediblər. Onda desin ki, kimin əmrini yerinə yetirirdilər? Onlar bilirdilər ki, həmin ərazi artıq Azərbaycanın nəzarətindədir, amma buna baxmayaraq, oğlanları ora göndərdilər, buna görə də hamısı cəzalandırılmalıdırlar. Onlar valideynlərindən qaçırlar, çünki bizə nə deyəcəklərini bilmirlər”,- itkin düşən hərbçinin anası söyləyib.

İttihama görə, xüsusi döyüş tapşırığına cavabdeh olan general Makaryan Arsen Abqaryanın dəstəsinin mühasirəyə alındığını öyrəndikdən sonra köməyə tələsməyib, geri çəkilmək əmri verib və Qafana qayıdıb. Nəticədə “kimyaçıların hərbi hissəsi” adlanan Abqaryanın dəstəsinin 40 hərbçisindən 5-i əsir götürülüb, 12-si həlak olub, qalan 23 hərbçi və avtobus sürücüsü itkin düşüb.

General Andranik Makaryan heç nə etməməkdə ittiham olunur və onu 7 ildən 13 ilə qədər həbs gözləyir.

AzVision.az
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024