Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-01-2023, 08:29)
İsrail Bakının xeyrinə Moskvadan imtina etdi

 16-18 yanvar tarixlərində İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail XİN mərkəzi aparatının yüksə vəzifəli məmurlarının iştirakı ilə Bakıda xidməti müşavirəsi keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Azfront"a İsrail səfirliyindəki mənbə deyib.
Bildirilib ki, ötəndəfəki eyniməzmunlu toplantı Moskvada keçirilmişdi. Bu dəfə isə Ukrayna müharibəsi səbəbindən Moskvadan imtina edilib və ilk dəfə olaraq bu cür tədbir üçün Bakı seçilib.
Avrasiya ölkələrindəki səfirlərin iştirakı ilə keçirilən məsləhətləşmələrin əsas mövzusu həm Ukraynadakı müharibə, həm də İran-İsrail qarşıdurması kontekstində regionda çətin vəziyyət kontekstində 2023-cü il üçün planlardır. İsrailin müsəlman ölkələri ilə əlaqələrinin daha da möhkəmlənməsinə xüsusi diqqət yetiriləcək.
Bu görüş İsrailin yeni xarici işlər naziri Eli Koenin yanvarın 2-də vəzifəsinin icrasına başlamasından az sonra baş tutacaq.
“2023-cü il imkanlar və çağırışlar ilidir. Millətimiz ona təhlükəsizlik, kəşfiyyat və texnologiya imkanları, enerji müstəqilliyi və “İbrahim razılaşmaları” ilə daxil olur”, - Koen andiçmə mərasimində deyib.шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024