Ankara və Moskva Türkiyədə qaz qovşağı layihəsinin praktiki icrasına başlayıblar. 

"Mediatv.az" xəbər verir ki, bu barədə "Qazprom"un baş direktoru Aleksey Miller Yeni il öncəsi konfransda deyib.

“İndi Türkiyə ilə mən bu ölkədə qaz qovşağı layihəsi üzərində işləməyə başlamışıq. Bu qərar iki dövlətin liderləri səviyyəsində qəbul edilib və biz artıq onun praktiki icrasına başlamışıq”, - Miller bildirib.

Onun sözlərinə görə, qaz qovşağı təbii qaz bazarında şəffaf və ədalətli qiymətlərin formalaşmasına kömək edəcək.

Oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Avropaya tədarük üçün Türkiyədə “ən böyük qaz qovşağı”nın yaradılmasını təklif edib. O, əvvəllər “Şimal axını” qaz kəməri ilə Aİ-yə tədarük edilən yanacağın Türkiyə üzərindən yönləndirilməsini təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Putinin təşəbbüsünü dəstəkləyib. Onun sözlərinə görə, tərəflər müvafiq idarələrə bu məsələ ilə bağlı işə başlamağı tapşırıblar. Ərdoğan Trakya (Türkiyənin şimal-qərb hissəsi, İstanbul orada yerləşir) qaz qovşağının tikintisi üçün əlverişli yer adlandırıb.