İran bu gün Britaniya və Aİ-yə yeni sanksiyalar tətbiq edəcək .
"Mediatv.az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
O bildirib ki, İran İslam Respublikası bəzi ölkələrin, eləcə də Avropa İttifaqının qeyri-konstruktiv davranışlarını nəzərə alaraq çəkindirici tədbirlərdən istifadə edəcək: "Bu gün də eyni çərçivədə Avropa İttifaqının bəzi şəxsləri və qurumlarına qarşı sanksiya tətbiq edəcəyik".
XİN rəsmisi sanksiyaların Böyük Britaniyaya qarşı da tətbiq ediləcəyini əlavə edib.
Nasir Kənani Qərbin İrana sanksiyaların ləğvi ilə bağlı razılığa gəlmək üçün imkanlar olduğunu diqqətə çatdırıb.
O vurğulayıb ki, konstruktiv addımlar atılsa, sanksiyaların ləğvi ilə bağlı razılığa gəlmək şansı var.