Türkiyənin Qara dəniz sahillərində yük gəmisində partlayış baş verib, nəticədə gəminin kapitanı itkin düşüb.
"Mediatv.az" xəbər verir ki, hadisə nəticəsində gəminin 16 sərnişini (onların arasında Misir , Albaniya , Gürcüstan və Ukrayna vətəndaşları da var) xilas edilib . Onların hamısı xəstəxanaya yerləşdirilib. Hazırda gəminin kapitanının axtarışı davam etdirilir.
Gəminin Panama bayrağı altında üzdüyü və Türkiyənin Trabzon şəhərində kömür yükləmək üçün dayandığı bildirilir .
İlkin məlumata görə, partlayış böyük ehtimalla qaz sızması səbəbindən baş verib.