Ukraynanın bütün bölgələrində dekabrın 25-i səhər saatlarında hava hücumu xəbərdarlığı elan edilib.

"Mediatv.az" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya qırıcılarının, o cümlədən "Xəncərlər"in daşıyıcısı MiQ-31-in havaya qalxması barədə məlumat verilib.
Yerli vaxtla saat 09:28-ə olan məlumata görə, ölkənin həm şərqində və cənubunda, həm də qərb və şimalında hava hücumu xəbərdarlığı elan edilib.

Həyəcan siqnalının elanı Rusiya ordusunun raket zərbələri endirməsi təhlükəsi deməkdir.