İsrail NATO vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırıb. 

"Mediatv.az" xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İranın Rusiyaya tədarük etdiyi hərbi yardımlar olub. 

"İranın pilotsuz təyyarələr tədarükü və Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək qərarı Tehranın strateji səhvidir və İsrail-NATO münasibətlərinə müsbət töhfə verir", - məlumatda deyilir. 

İranın münaqişəyə müdaxiləsindən əvvəl İsrail hökuməti Kiyevə hər hansı hərbi yardım göstərməkdən inadla imtina edib, özünü humanitar yardımla məhdudlaşdırıb.