Rusiya prezidenti Vladimir Putin Krımı ələ keçirmək üçün nüvə silahından istifadə edəcək.
"Mediatv.az" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat dərc edib.
Qeyd olunan məlumata görə, bu regionun qorunub saxlanması Moskva üçün o qədər mühüm vəzifədir ki, Rusiya hakimiyyəti yarımadanı qorumaq üçün taktiki nüvə silahından istifadəyə əl ata bilər.
Bundan əvvəl Kozelski raket birləşməsinin hərbçiləri Yars ICBM-ni silos atıcısına yükləyiblər. Dekabrın 13-də texnoloji əməliyyat bir neçə saat davam edib. Kozelski birləşməsinin komandiri Aleksey Sokolov bildirib ki, yeni nüvə raket silahı modeli strateji səviyyədə onlara verilən istənilən vəzifəni həll etməyə imkan verəcək.