Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-12-2022, 14:14)
 "Azərbaycana sırıdınız, indi də Ukraynaya soxuşdurmaq istəyirsiniz..."

 
Ukraynada və İsraildə "Zelenskinin fanatları" sevinməsin, Qüds Moskva ilə münasibətləri təhlükə altına qoymağa və Vaşinqtona qarşı çıxmağa risk etməz, sevinmək əvəzinə ağalamaq lazımdır.

 İsrailli diplomat, "Nativ" təşkilatının rəhbəri Yakov Kedmi Rusiyanın Federal Xəbərlər Agentliyinə ("ФАН") müsabəsində bəyan edib.

Məqalədə hərbi ekspert və İsrailin adları çəkilməyən xüsusi xidmət orqanlarının sabiq rəhbəri adlandırılan Yakov Kedmi bəyan edib ki, İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Bəhreyndə öz səlahiyyətlərini aşıb.

Kedminin fikrincə, "Təl-Əviv belə mühüm məsələdə ABŞ-a qarşı çıxa bilməz, amerikalılar isə, bəlli olduğu kimi, özlərinin uzaq mənzilli raketlərini Ukraynaya tədarük etməyə tələsmir.

Vaşinqton buna yol verməyibsə, İsrail öz təşəbbüsü ilə bunu ilk olaraq , üstəlik, Rusiya ilə münasibətləri həmişəlik pozmağa risk etməyəcək".

"Yəni amerikalılar artıq tədarük edilən HIMARS-lara əlavə olaraq özlərinin uzaq mənzilli raketlərini tədarük etmədiyi halda, İsrail qaça-qaça planetdə hamıdan qabaq dayanacaq? Bu, ümumiyyətlə, məntiqə sığmır.

İsrailin keçmiş və indiki rəhbərliyinin tənqidinə rəğmən, ona bu əbləhliyi aid etmək olmaz. Biz bu məsələdə ABŞ-dan öndə getməyəcyik. Hər şeylə yanaşı, "Lora" raketini tərifləyənlər tamamilə unudur ki, bu raket İsrail ordusunun silahlanmasında yoxdur. Yəni müdafiə nazirliyi onu almayıb.

Başqa sözlə desək, Silahlı Qüvvələrdə bəyan edilib ki, bu silah bizə havayı lazım deyil. Bu silah peşəkar orduda istifadəyə edilməyib.Uzun müddət onun kimə veriləcəyi bilinməyib. Yeganə olaraq Azərbaycana sırınıb. İndi də, yəqin ki, bu başabəla "möcüzə-silah"ı Ukraynaya soxuşdurmaq istəyirlər. Buna sevinmək yox, ağlamaq gərəkdir", - Kedmi istehza ilə bəyan edib.

Yakov Kedminin "Ukrayna məsələsi"ndə proqnozları çox vaxt yanlış olur.

Hərbi müdaxilədən öncə o, iddia edib ki, Ukrayna ordusu üç gün də dözməyəcək.

2022-ci ilin yayında Kedmi "Zadir" silahını yüksək qiymətləndirib, hərçənd, sonradan Rusiyanın bu silahından istifadə edilməsi haqqında məlumat verilməyib.

2022-ci ilin iyulunda Kedmi proqnoz verib ki, sentyabrın 1-də Odessa Rusiya qoşunlarınən nəzarətində olacaq.

2022-ci ilin aprelində Yakov Kedmi Aleksey Navalnının silahdaşları tərəfindən tərtib edilən "6000-in siyahısı"na- "korrupsionerlər və müharibə qızışdırıcıları" adlandırılanların reyestrinə düşüb.

Əvvəllər qeyd edildiyi kimi, Kedminin Kremlyönlü aktivliyi bir çox israillilərdə suallar doğurur.

Bəziləri hesab edir ki, o, bununla "təqaüddə olaraq özünə qazanc əldə etmək istəyir". Kimsə əmindir ki, o, keçmiş kəşfiyyatçı kimi ("Nativ" SSRİ dönəmində pozuculuq fəaliyyəti ilə məşğul olan xüsusi xidmət orqanı hesab edilib) Rusiyanın Kremlə yaxın strukturlarına soxulub. Hər halda son zamanlar Kedmi İsrailin rusdilli ictimaiyyəti tərəfindən kəskin tənqidə məruz qalır.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan İsrailin iki rusdilli KİV-i Yakov Kedmi ilə əməkdaşlıqdan imtina edib.

2022-ci ilin martında Kedmi "İton-TV" baş direktorunun bəyanatını şərh edib: "Kedminin İsrail kəşfiyyatşısı olduğunu ilk dəfə deyən mən olmuşam".

2022-ci ilin noyabrında İsrailin Miıli Təhlükəsizlik Şurasının rəhbəri Eyyal Xulata Bəhreyndəki forumda bəyan edib ki, İran Rusiyaya ballistik raketlər tədarük etməyə başlayacağı təqdirdə Ukrayna ordusu yüksək dəqiqlikli ballistik raketlər alacaq, bu barədə "Kan" dövlət media korporasiyası məlumat verib.

"Kan"ın məlumatında söhbətin İsrail istehsalı olan raketlərdən getdiyi göstərilmir. Lakin analitik və ekspertlərin əksəriyyəti söhbətin məhz belə silahdan getdiyini güman edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
31 10 2024
30 10 2024
30 10 2024