Dünya (21-11-2022, 17:12)
Daha bir ölkədə 4 günlük iş rejimi

Belçikada koalisiya hökumətini quran partiyaların iyun ayında iş həyatında islahatlarla bağlı razılığa gəlməsindən sonra tənzimləmə bu gün qüvvəyə minib.
Tənzimləmə ilə işçilər işəgötürəndən 4 gün işləmək imkanı tələb edə biləcəklər. İşçi istəsə və işəgötürənlə razılaşarsa, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə 4 günə başa vura biləcək.
Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə biləcəklər. Bu fürsət işəgötürənlə razılaşma nəticəsində 6 ay davam edə və müqavilə 6 ayın sonunda qarşılıqlı razılaşma ilə davam etdirilə bilər.
İşəgötürənlərin belə bir tələbdən imtina etmək hüququ var. Bununla belə, imtinanın üzrlü səbəbə əsaslanması tələb olunur.
Bəzi təşkilatlar praktikanı tənqid edir və iş yerləri baxımından iş yükünün 5 günə deyil, 4 günə cəmlənməsinin nöqsanlarına diqqət çəkirlər. Bundan əlavə, işçilərin uzun saatlar işlədikdən sonra evə gedən zamanla birlikdə evdən kənarda uzun müddət qala biləcəyi və bunun mənfi təsirləri ola biləcəyi ifadə edilir.
Manset.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025