Rusiyanın Ukraynaya qarşı müharibəsi avtoritar dövlətlər arasında nüvə silahının yayılmasının yeni mərhələsinə səbəb ola bilər.Mediatv.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Halifaxda keçirilən Beynəlxalq Təhlükəsizlik Forumu zamanı deyib.

O bildirib ki, Rusiya müharibə qanunlarını kobud şəkildə pozur. Lloyd Ostin həmçinin,  ABŞ-ın Rusiya prezidenti Putinin seçdiyi müharibəyə qarışmayacağını bildirib, lakin Ukraynaya yardımı davam etdirəcəyinə əmin edib.

"Biz onlara daha çevik və möhkəm olmağa kömək edirik", - deyə o, ifadə edib.