Dünya (19-11-2022, 16:30)
Rusiyadan Lavrovun ATƏT-in iclasına buraxılmamasına SƏRT REAKSİYA

Mediatv.az xəbər verir ki bununla bağlı Rusiya XİN bəyanat yayıb.
"ATƏT-in fəaliyyətdə olan sədri 1-2 dekabrda Polşanın Lodz şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakından imtinası indiyə qədər qeydə alınmamış və təxribatçı qərardır", XİN bəyanatında qeyd olunur.
Bəyanatda bildirilir ki, Polşa səlahiyyətliləri ATƏT-in öz funksiyalarını yerinə yetirməsinə mane olur. "Əminik ki, bütün sağlam düşüncəli siyasətçilər belə hərəkətlərin yolverilməzliyi ilə bağlı Rusiya tərəfinin mövqeyini bölüşür. Dünən ATƏT-in bütün iştirakçı dövlətlərinə bununla bağlı müvafiq sorğu göndərilib".
Rusiya XİN əlavə edib ki, ATƏT Nazirlər Şurasındakı Rusiya nümayəndə heyətinə ATƏT-in daimi nümayəndəsi Aleksandr Lukaşeviç rəhbərlik edəcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025