Dünya (12-01-2015, 21:20)
Paris terrorunun müsəlman qurbanları
Terror edənlər də terrora qurban gedən polis də Əlcəzair əsilli müsəlmanlar olubFransa paytaxtında baş verən və terrorçularla birlikdə 20 nəfərin həyatına son qoyan silahlı hücumlarla bağlı müzakirələr davam edir
Terror hücumlarını həyata keçirən Səid və Şərif Koaşi qardaşları, eləcə də Parisdə yəhudi marketinə hücum edən Amedi Koulibalinin radikal islamçı qrupların üzvü olması bütün dünyada İslama yönəlik ittihamlara səbəb olub.
Qeyd edək ki, satirik jurnala hücum edən Koaşi qardaşları Əlcəzair əsilli Fransa vətəndaşlarıdır. Hər iki qardaş Fransada doğulub, Səid Koaşi 1980-ci il sentyabrın 7-də, Şərif Koaşi isə 1982-ci il noyabrın 29-da Parisdə dünyaya gəlib.
Şərif Koaşi 90-cı illərdə və 2000-ci illərin əvvəllərində adi mühacir gənclərdən fərqlənməyən bir həyat sürüb, rep oxuyub, bir müddət pizza satıcısı işləyib. 2000-ci illərin əvvəllərində ABŞ-ın İraqa hərbi müdaxiləsindən sonra Şərif Koaşi işğala qarşı etirazlara qatılıb. 2008-ci ildə İraqa savaşa getmək istəyərkən həbs olunub və 18 ay həbs cəzası alıb.
Ş.Koaşinin keçmiş vəkili Vinsent Ollivier yerli mətbuata müsahibəsində bildirib ki, Şərif Koaşi həbsdə dəyişib, uzun saqqal saxlamağa başlayıb. Vəkilin qənaətinə görə, “həbsdə saatlı bombaya çevrilə bilərdi”.
O da məlum olub ki, Koaşi qardaşlarının azad edilməsi tələbi ilə yəhudi marketinə hücum edib insanları girov götürən Amedi Kolibali Şərif Koaşi ilə bu dövrdə, daha dəqiqi 2010-cu ildə həbsxanada tanış olub. Hər ikisinin fikrilərinin dəyişməsi Camal Beghal adlı radikal sələfi ilə əlaqələri nəticəsində olub. Fransa mətbuatının yazdığına görə, Camal əl-Qaidə və İŞİD kimi radikal qruplara Avropadan tərəfdar toplamaqda ittiham olunaraq həbsə atılıb.
Şərif Koaşinin böyük qardaşı Səid isə daha əvvəl həbsdə olmayıb. Ancaq polisin məlumatlarında Səidin 2009-2013-cü illərdə bir neçə dəfə Yəmənə getdiyi haqda məlumatlar var. O da bildirilir ki, Səid Koaşi bir müddət Yəmən əl-Qaidəsinin təlim düşərgələrində yaşayıb və təlim alıb. Eyni zamanda Amerika kəşfiyyatı tərəfindən terrorçu kimi əl-Qaidə üzvü olması və daha əvvəldən terror aksiyaları planlamaları ilə bağlı xəbər verdiyi bildirilir.
Ancaq Fransada terror olayının mənfi qəhrəmanları ilə yanaşı, müsbət qəhrəmanları da müsəlmanlar oldu. Əslən Malidən olan müsəlman gənc Lssana Bazili yəhudi marketinə hücum zamanı marketdə olan girovlardan 15 nəfəri soyuducuda gizlədərək xilas edib. Bazili bildirib ki, yeni gələn malları marketdəki soyuducuya yerləşdirərkən silah səsləri eşidib və müştərilərin aşağı endiyini görüb və onları soyuducuya yerləşdirib və bundan sonra soyuducunun elektrikini ayırıb.
Bundan sonra isə Bazili arxadakı təcili çıxış qapısından çıxaraq qaçıb. Polis əvvəlcə gənci hücumçulardan biri hesab edərək həbs etsə də, o, sonradan azad edilib və polisə marketin planını izah edərək əməliyyatın uğurla keçməsinə yardım edib. Girov əməliyyatı bitdikdən sonra məlum olub ki, Bazili 15 nəfər girovu xilas edə bilib.
Parisdə “Charlie Hebdo” jurnalına basqın zamanı ən yadda qalan kadrlardan biri də yerə yıxılan polisin vurulmasıdır. Əslində terrorla bağlı yeganə kadr polisin yerdə vurulmasıdır. Sonradan məlum oldu ki, yerdə amansızcasına başından vurularaq öldürülən 42 yaşlı polis müsəlman Əhməd Marebatdır.
Terror hücumu zamanı qəddarlıqla öldürülən Əhməd sosial şəbəkələrdə böyük diqqət çəkib və onun barəsində “mənim adım Əhməd” mənasını verən “JeSuisAhmed” ən çox yayılan etiketlər sırasında olub. Məlum olub ki, 42 yaşlı polis redaksiyada gələn atəş səslərini eşidərək köpməyə gedib və bu zaman vurulub, ancaq terrorçular yaralı polisə aman verməyərək onu yerdə vuraraq öldürüblər. Məlum olub ki, terrorçular tərəfindən vurularaq yıxılan Merabetə “bizi öldürmək istəyirsən” deyə qışqırıblar. Buna cavab olaraq yerdə yaralı düşən polis Fransada yaşayan afrikalı ərəblərin bir-birinə müraciət etdikləri qaydada “xeyr, heç bir problem yoxdur şef” deyə cavab verir. Ancaq buna baxmayaraq terrorçular yaralı polisə aman verməyərək onu qətlə yetirirlər.
Polis həmkarlar təşkilatının nümayəndəsi Rocco Contento Merabetin öz işinə həssas yanaşan, ehtiyatlı olan bir məmur kimi təqdim edib. Parisin şimalında “Seine-Saint-Denis” bölgəsində yaşayan ailəli olan Merabetin özündən başqa 3 bacısı və 2 qardaşı olub. Qəribə də olsa qatilləri kimi, Merabet də Əlcəzair əsilli olub. Parisin 11-ci bölgəsində 8 ilə yaxın polis işləyib.
Bu Paris terrorunda iştirak edən 5 müsəlman haqda qısa məlumatlar idi. Onlar bu olayda qurbandırlar. Öldürən də, ölən də. (musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024