Dünya (9-01-2015, 13:07)
Böyük terror aktları Böyük Britaniyada planlaşdırılır
“Son üç ayda üç terror aktının qarşısı alınıb”
Britaniya M15 kəşfiyyatının baş direktoru Endryu Parker bəyan edib ki, xüsusi xidmətdə “Əl-Qaidə”nin Suriyada Qərbə qarşı hazırladığı və kütləvi itkilərlə nəticələnəcək hücumlar barədə məlumat var.
Böyük terror aktları Böyük Britaniyada planlaşdırılır.
Mediatv.AZ Oxu.Az-a istinadən xəbər verir ki, Parkerin sözlərini sitat gətirən BBC-nin məlumatına görə, son zamanlarda M15 daha çox terrorçuların pis planlanmış aktları ilə qarşılaşır, əslində bu aktlar kütləvi qurbanlara səbəb ola bilər. Parker son üç ayda Böyük Britaniyada üç terror aktının qarşısının alındığını deyib.
Parker qeyd edib ki, terrorçuların hücumları daha çox nəqliyyat vasitələrinə və insanların çox olduqları yerlərə istiqamətlənib.
Kəşfiyyatın məlumatına görə, son zamanlarda Suriyaya səfər edən britaniyalıların sayı 600 nəfərə çatıb.
Endryu Parker
Baş direktorun dediyinə görə, xüsusi xidmətlər yaraqlılarla mübarizə üçün hər şey edirlər. Bununla yanaşı, o, hüquq-mühafizə orqanları tərəfindən terroristlərin doğurduğu bütün təhlükələrin qarşısını almasının mümkün olmayacağını da istisna etməyib.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” həftəlik satirik jurnalının redaksiyasına hücum edilib, nəticədə 12 nəfər həlak olub.
Bunlar əsasən nəşrin əməkdaşları olub. “Charlie Hebdo” daha öncə İslam dinini və Məhəmməd peyğəmbəri məzəmmət edən karikaturalar dərc edib, hücumdan bir qədər öncə isə nəşr “İslam Dövləti”nin lideri Abu Bakra əl-Bağdadinin karikaturasını dərc edib
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024