Cəmiyyət (6-01-2022, 17:46)
HARINLIQ: Sabiq deputatdan misilsiz “danışıq qabiliyyəti”..
“Vaxtilə Eldar Mahmudovun himayəsi altında biznes fəaliyyəti qurmuş eks-deputat Nəriman Əliyev dövlət qanunlarına zidd olaraq, heç kəsdən çəkinmədən, kimlərəsə arxalanmaqla zəbt etdiyi ərazilərdə həm də ağacları kəsir.”
Bu sözlər redaksiyamıza ünvanlanmış şikayət məktubunda yer alıb. Abutalıb Ağayev adlı şikayətçinin məlumata görə, Nəriman Əliyev hələ deputat olduğu dövrdə belə ciddi biznes fəaliyyəti ilə məşğul olub: “MTN şefi Eldar Mahmudovun bizneslərini idarə etməklə həm də özü üçün müəyyən imtiyazlar əldə edib. Belə ki, eks-nazir Eldar Mahmudovun dəstəyi və himayəsi ilə qurduğu “Ştutqart” ehtiyat hissələri mağazalarının mərkəzi anbarı kimi istifadə etdiyi Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, köhnə MTN-nin (hazırkı DTX-nın) Akademiyasının yaxınlığındakı 50 sot boş ərazini zəbt etməklə oranı hasarlayıb və öz adına rəsmiləşdirib.
Həmin ərazilərdə hələ sovet dövründə ekologiyanın sağlamlaşdırılması məqsədilə əkilmiş sağlam ağacları kəsməklə yerində 4000 kvadrat metrlik üç mərtəbəli anbar və 700 kvadrat metrlik ofis tikib. Yerdə qalan ərazini isə qalan əlavə 37 ağacı kəsməklə yeni anbar tikintisi üçün hazırlayıb. Çoxlu sayda ağacların kəsilməsinin böyük cinayət olduğunu bildiyi halda, bu işin necə olacağını ona sorğulayan yaxınlarına isə bildirib ki, ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə kəsib”.
Bildirilir ki, hətta bu məsələdə nazir müavininin də adını çəkib. Qeyd edək ki, Nazirliyin məsələ ilə bağlı mövqeyini də ayrıca öyrənib dərc edəcəyik.
Maraqlıdır ki, sıravi insanlar bir ağac kəsəndə ağır cəzalara məruz qaldığı halda, belə irimiqyaslı ağac soyqırımı hələ də cəzasız qalmaqdadır. Redaksiyamıza məlumat verən şikayətçi həm də ərazinin köhnə və təzə kadrlardan ibarət video və foto görüntülərini bizə təqdim edib. Fotoları oxuculara da təqdim edirik.
Məsələ ilə əlaqədar qarşı tərəfin də fikirlərini öyrənmək üçün sabiq deputat Nəriman Əliyevlə əlaqə saxladıq:
Sabiq deputat Nəriman Əliyev, Ələsgər Qayıbov küçəsində ağacların kəsilməsi
- Nəriman bəy, Nərimanov rayonunda 37 yaşıl ağacın kəsilməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub və məlumata görə, o ağacların kəsilməsi barədə tapşırığı siz vermisiniz. Bu barədə nə deyə bilərsiniz?
- O, yalan məlumatdır. Həmin məlumatla Bakı şəhəri İcra Hakimiyyəti məşğul olur, bir də DİN-nin Baş İstintaq İdarəsi. Mən o haqda heç bir məlumat verə bilmərəm.
- Əlbəttə. Amma istəyərdim, digər ittihamlarla bağlı fikirlərinizi də öyrənək.
- Sən kimsən ki, mənə sual verəsən? Nə yazırsan, yaz. Deyirəm istintaq gedir, sən mənimlə hakim kimi danışırsan. Sən kimsən mənə sual verəsən?
- Mən xəbər saytının əməkdaşı…
- Sən səhv edirsən. Yüz manata görə xəbər verirsən, get ver!
- Siz isbat edə bilərsinizmi mən yüz manata görə xəbər verirəm?
- Bəli, o deyir, “mən yüz manat saytlara verirəm, yalan məlumatları dərc edirlər”.
- Kim deyir ki, bunları?
- Abutalıb deyir. Sənə bu məlumatları göndərən adam deyir! Deyir, “saytlara yüz manatdan istədiyim məlumatları verdirirəm”.
- Siz onu isbat edə bilməsəniz, mən sizi məhkəməyə verəcəm axı…
- Əəəə, get, nəyə verirsən, ver!
***
Bu ittihamla bağlı Abutalıb Ağayevlə də əlaqə saxladıq. Şikayətçi sabiq deputatın “100 manat” söhbətini “mənasız böhtan” adlandırdı: “Bununla bağlı mütləq xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyəm”.
Bu arada Nəriman Əliyev ağacların kəsilməsi ilə bağlı DİN-də istintaqın getdiyini də deyib. Qeyd edək ki, Abutalıb Ağayev Daxili İşlər Nazirliyinə də bununla bağlı şikayət ünvanlayıb. Mövzu ilə əlaqədar DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Bizimyol.info-ya bildirib ki, bu barədə araşdırma aparılır: “Hazırda aidiyyatı üzrə istintaq araşdırmaları gedir və istintaqın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Amma Abutalıb Ağayev Bizimyol.info-ya bu məlumatın doğru olmadığını bildirib: “Biz bu barədə Prezident Administrasiyasına müraciət etmişik. Daha sonra Cənab Prezidentin özünə müraciət formasında yazmışıq. Baş Prokurorluğa, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, Leyla xanımın özünə, Ekologiya Nazirliyinə yazmışıq. Yəni ki, bir çox qurumlara yazmışıq, amma istintaq getməsi barədə bizə heç bir bildiriş gəlməyib. Orada heç bir istintaq getmir. Mən şikayət etmişəmsə, istintaq başlayanda, mənə də xəbər edərdilər.”,- deyə Abutalıb Ağayev bildirib.

Bir başqa məlumata görə isə, Nəriman Əliyevin rəhbərliyi altında işləyən 64 nəfər işçi Əmək Məcəlləsinin 68-ci maddəsi ilə işindən azad olunub. Xatırladaq ki, bir müddət əvvəl “Ştutqart” mağazalar şəbəkəsində vergi yoxlamaları aparılıb, ardınca şəbəkədə mağazaların kütləvi şəkildə bağlanması və işçilərin kütləvi ixtisarı başlayıb. Həmin işçilərin əməkhaqlarının da bu günədək verilmədiyi bildirilir. Qarabağ qazilərinin pensiyasını kəsən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti isə hərəkətsiz qalmağa üstünlük verir...
Mətin Şükürlü, Bizimyol.info
P.S. Nəriman Əliyevin “100 manat” ittihamına cavab olaraq bildiririk ki, Bizimyol.info bu məsələdə yalnız informasiya marağını təqib edir. Bu sayt bizə nə dərəcədə məxsusdursa, Nəriman Əliyevə də o dərəcədə məxsusdur. Sabiq deputat öz ünvanına səslənən ittihamları əsassız sayırsa, 100 manat və ya heç bir qəpik də ödəmədən bütün ittihamlara bizim sayt vasitəsilə istədiyi məzmunda cavab verə bilər. Əgər Nəriman Əliyev həqiqətən də günahsızdırsa, “sən kimsən ki, mənə sual verəsən” demək əvəzinə öz mövqeyinin ictimaiyyətə havayı çatdırılmasında maraqlı olmalıdır. Biz sayt olaraq onun üçün bu imkanı yaratdıq və gələcəkdə də istənilən vaxt yarada bilərik. Fikirlərində bizi də, şikayətçini də ittiham edə bilər və nöqtə-vergülünə toxunmadan dərc edəcəyik. Necə ki, elə bu yazıda dərc etdik. Cənab Əliyev, buyurun Siz də qarşı tərəfin əməllərini ifşa edin – buna görə Sizdən pul tələb etmirik. İttihamlar qarşısında deməyə sözünüz, verməyə cavabınız yoxdursa, bu artıq Sizin probleminizdir. Aşığın sözü qurtaranda, “100 manat, 100 manat” deyər... Deputatlıq müddətində biznesə başınız qarışmasaydı, bilərdiniz ki, sual vermək jurnalistin nəinki hüququ, hətta vəzifəsidir.
Bu arada, əziz oxucu, məsələn, biznesiniz bir yana, hər ay təkcə icarə haqqından 52 min manat “tutsaydınız”, “xırda məbləğli” böhtanlara baş vurardınızmı? Ümid edirik ki, məhkəmə lazımi hüquqi qiyməti verəcək. Hərçənd puluna və şəxsi əlaqələrinə arxayın olan bəziləri məhkəmələri özlərinin "cib dəsmalı" kimi görür...

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024