Karusel (29-12-2021, 12:58)
Nəriman Əliyev də YAŞILLIĞA QƏNİM KƏSİLİB...
Vaxtilə Eldar Mahmudovun himayəsi altında biznes fəaliyyəti qurmuş eks deputat Nəriman Əliyev dövlət qanunlarına zidd olaraq heç kəsdən çəkinmədən kimlərəsə arxalanmaqla zəbt etdiyi ərazilərdə həm də ağacları kəsir. Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Nəriman Əliyev hələ deputat olduğu dövrdə belə ciddi biznes fəaliyyəti ilə məşğul olub. MTN şefi Eldar Mahmudovun bizneslərini idarə etməklə həm də özü üçün müəyyən imtiyazlar əldə edib. Belə ki, eks nazir Eldar Mahmudovun dəstəyi və himayəsi ilə qurduğu “Ştutqart” ehtiyat hissələri mağazalarının mərkəzi anbarı kimi istifadə etdiyi Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, köhnə MTN-nin hazırki DTX-nin akademiyasının yaxınlığındakı 50 sot boş ərazini zəbt etməklə oranı hasarlayıb və öz adına rəsmiləşdiribdir. Həmin ərazilərdə hələ sovet dövründə ekologiyanın sağlamlaşdırılması məqsədilə əkilmiş sağlam ağacaları kəsməklə yerində 4000 kvadartlıq üç mərtəbəli anbar və 700 kvadratlıq ofis tikmişdir. Yerdə qalan ərazidə qalan əlavə 37 ağacı kəsməklə isə yeni anbar tikintisi üçün hazırlamışdır. Çoxlu sayda ağacların kəsilməsinin böyük cinayət olduğunu bildiyi halda bu işin necə olacağını ona sorğulayan yaxınlarına isə bildirmişdir ki, hazırki ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev onunla deputat həmkarı olmuş və eyni zamanda hazırda da möhkəm dostdur. Ona görə də ona heç kəs heçn ə edə bilməz və özü şəxsən Nazir müavini Firdovsi Əliyev ilə danışdığını ondan icazəsini almaqla bu işi görür. Maraqlıdır ki, sıravi insanlar bir ağac kəsməklə külli miqdarda cərimə edildiyi halda eks deputat doğurdanmı nazirdən icazə almaqla çoxlu sayda ağacları kəsib yerində anbar tikmək istəyir?!"
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024