Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (23-09-2021, 09:12)
Səhiyyə naziri postuna iddialı imiş


 





Müstəqillik dönəmində ən çox bəxti gətirməyən sahələrdən biri də milli səhiyyəmiz olub.
Əli İnsanov kimi bir cinayətkar 1993-2005-ci illərdə səhiyyə naziri olanda bütün xəstəxanaların ərazisini sataraq milyonçuya çevrilib. Əli İnsanov hətta humanitar yardım kimi gələn dərmanları da çox baha qiymətə satırdı. Onun nazir olduğu dönəmdə səhiyyəmiz acınacaqlı duruma düşdü.
Əli İnsanov həbsxanaya düşəndən sonra Allah qoymasa Oqtay Şirəliyev səhiyyə naziri oldu. Düz 17 il Oqtay Şirəliyev milli səhiyyəmizi bərbad günə saldı.
Azərbaycan səhiyyəsi hazırda dünyada ən aşağı səviyyədədir.
Azərbaycan səhiyyəsi deyəndə hamının ağlına sol ayağın əvəzinə sağ ayağı kəsən cərrahlar gəlir. Yəni heç orta əsrlərdə də belə hal ola bilməzdi.
Bəli, düz 30 ildir səhiyyəmiz bu gündədir.
Azərbaycanda kimin qarnı ağrıyırsa, az-çox imkanı varsa xaricə qaçır. Bəs onda milli səhiyyəmiz kimə lazımdır.
Bəli, milli səhiyyəmiz kasıbların cibinə girmək və onları zəlil etmək üçündür.
Oqtay Şirəliyev nazir kreslosundan gedəndən sonra xeyli vaxtdır ki, bu vəzifə boşdur. Daha doğrusu, bu vəzifəni Teymur Musayev icra edir.
Ona görə də səhiyyə naziri olmaq uğrunda hazırda “şıdırqı mübarizə” gedir.
Mübarizənin ön cəbhəsində doktor-deputat Rəşad Mahmudov gedir. Cənab deputat indi də səhiyyə naziri olmaq istəyir.
Rəşad Mahmudov Azərbaycanda az-çox tanınmış ürək cərrahıdır.
Məlumat üçün qeyd edək ki, Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur. Orta məktəbi öz rayonlarında bitirib. Və 1991-1997-ci illərdə Türkiyədə 9 Eylül Universiteti, Tibb fakültəsində ali təhsil almışdır.
1997-2003-cü illərdə Türkiyədə ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil almışdır.
2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
2007-2015-cı illərdə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.
Buradək hər şey yaxşı, hər şey əla.
Əli İnsanov da, Oqtay Şirəliyev də elmlər doktoru, professor idi. Ancaq rüşvətin və korrupsiyanın professoru idilər.
Yəni Rəşad Mahmudovun professor olmağı hər şey demək deyil. O da sələflərinin yolu ilə gedəcəksə, vay bu millətin halına.
Media üzərindən Rəşad Mahmudovla bağlı xırda bir araşdırma apardıq.
Məlum oldu ki, Azərbaycan vətəndaşı olan Rəşad Mahmudov heç vətən qarşısında hərbi borcunu yerinə yetirməyib, yəni əsgəri xidmətdə olmayıb.
Bu barədə suala Rəşad Mahmudov o qədər uzun, mənasız cavab verir ki, adamın utanmaqdan başqa çarəsi qalmır.
Sənə konkret sual verilib, konkret cavab ver də. Denən, bəli, əsgəri xidmətdə olmamışam.
Rəşad Mahmudovla bağlı başqa bir üzqarası da var.
Vətəndaş iddia edir ki, doktor Rəşad Mahmudovun şəxsi hesabına 9 min manat pul köçürmüşəm ki, uşağımı müalicə etsin.
Rəşad Mahmudov daş atır başını tutur ki, Nazirlər Kabineti belə gəldi, Prezident Aparatı elə getdi-filan.
Əşi sənə deyirlər ki, 9 min manat pul vermişik. Bunun Nazirlər Kabinetinə nə dəxli var ?
Hələ bu harasıdır ?
9 min manatı alan Rəşad Mahmudov əməliyyatdan imtina edib və uşağın valideyninə deyib ki, “krizə girsə həkim çağırmayın, qoyun can verib ölsün”.
Naəlac qalan uşağın valideynləri onu Türkiyəyə müalicəyə aparıblar. Rəşad Mahmudovun qoyduğu diaqnoza türk həkimləri o qədər gülüblər və uşağı əməliyyat edərək sağaldıblar.
Buna nə deyirsən, cənab doxtur millət vəkili ?
Yeri gəlmişkən, doktor Rəşad Mahmudov iki dəfə Astaradan millət vəkili seçilib.
İndi özün de, doktor-deputat, səndən nazir olarmı ?
//gundelik-baku.com//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024