Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-10-2014, 21:32)
Orta məktəblərin “şişirdilmiş qiymət” problemi

 

Bu ilki qəbul imtahanlarında abituriyentlərin 65 faizi "2" qiymət alıb

Bu il orta məktəbi "5"lə bitirən məzunların 50 faizindən çoxu attestat qiymətlərini qəbul imtahanlarında doğrulda bilməyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından “Həftə içi”nə verilən məlumata görə, bu il tam orta məktəbi bütün fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,47 faizinin qəbul imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42,26 faizi attestat qiymətlərini doğrulda bilib: “Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik”.

Komissiyadan bildirilib ki, ötən illə müqayisədə bu il qəbul imtahanlarından "2", "4" və "5" qiymət alanların faizi artıb, "3" qiymət alanların faizi isə azalıb. Bu il abituriyentlərin 65 faizi qəbul imtahanından "2" (0-200 bal), 13.8 faizi "3" (200-300 bal), 15.7 faizi "4" (300-500 bal), 5.6 faizi isə "5" (500-700 bal) qiymət alıb. Ötən il bu göstəricilər uyğun olaraq 64,7 faiz, 15,1 faiz, 15,5 faiz, 4,8 faiz olub. Bu il 100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituruiyentlərin isə 22 faizi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır: “Təəssüflə qeyd etmək lazımdır ki, bu il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan MR-sı Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40 faizdən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.

Bəs, görəsən, orta məktəblərdə şişirdilmiş qiymət problemi tam olaraq niyə həllini tapmır? Bu məsələnin həllinə mane olan səbəblər hansılardır?

Məsələni «Həftə içi»nə şərh edən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev bildirib ki, əslində ötən illərlə müqayisədə vəziyyət nisbət düzəlib. Onun sözlərinə görə, şişirdilmiş qiymət problemi kənd rayonlarında özünü daha çox biruzə verir: «Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanın təhsil sistemində faydalı islahatlar həyata keçirilir. Bunun nəticəsidir ki, artıq təhsil sahəsində mövcud olan bəzi neqativ hallar aradan qaldırılıb. Amma biz bu sahədə tam müsbət nəticədən danışa bilmərik. Çünki təhsil elə bir sektordur ki, burada həyata keçirilən islahatların nəticəsi dərhal hiss olunmur. Güman edirəm ki, «Təhsilin İnkişafı üzrə Milli Strategiya»ya dair mexanizmlər təsdiqini tapdıqdan sonra bu problemlər də aradan qalxacaq. Digər tərəfdən ölkə prezidentinin müvafiq göstərişinə əsasən, gələn ilin yanvarın 1-dən etibarən rayon təhsil şöbələri ləğv olunaraq onların bazasında regional təhsil idarələri yaradılacaq. Bu o deməkdir ki, növbəti ildən təhsil idarələrinin işinə təhsilə aidiyyəti olmayan şəxslər müdaxilə edə bilməyəcək. Yəni, sözügedən qurumlar yalnız Təhsil Nazirliyinin göstərişi əsasında fəaliyyətlərini quracaqlar. Nəticədə orta məktəblərdə nizam-intizam artacaq, müəllimlər öz işlərinə daha məsuliyyətli yanaşacaq və kimlərinsə xahişi ilə hansısa şagirdə şişirdilmiş qiymət yazmayacaq».

«XXI əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev də “Həftə içi”nə açıqlamasında orta məktəblərdə şagirdlərə verilən qiymətlərin ciddi şəkildə şişirdilməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, qiymətləndirmə prosesinin qeyri-şəffaflığı sözügedən sahənin problemli məsələ kimi müzakirə obyekti olduğunu ifadə edir: «TQDK-nın da açıqlamalarında göstərilir ki, orta məktəbi əla qiymətlərlə bitirən xeyli sayda şagird qəbul imtahanında 0 ilə 100-200 bal arası nəticə göstərir. Belə bir vəziyyətin yaranması ilk növbədə orta məktəb proqramının yerinə yetirilməməyi ilə bağlıdır. Əgər hesab eləsək ki, təxminən 50-60 minədək abituriyent 0-100 bal arası nəticə göstərib, onda dövlətin hər bir şagirdə ayırdığı illik 400 manat vəsait nəyə xidmət göstərir, funksional savadsızlığamı?! Bu həqiqətən də çox ciddi və sual doğuran bir məsələdir».

Ekspertin deyib ki, ali məktəblərə keçirilən imtahanlarda iştirak edənlərin 65 faizinin «2» qiymət alması onu göstərir ki, Təhsil Nazirliyi və TQDK-nın vəziyyəti birgə müzakirə etmələrinə, statistik təhlillər aparmalarına böyük ehtiyac var. Oun fikrincə, aidiyyəti qurumlar sözügedən problemin kökünü araşdıraraq konkret addımlar atmalıdırlar: “Yəni orta məktəblərdə bu şəkildə təhsil siyasəti yürütməyi davam etdirməkdənsə bunun səbəbləri barədə düşünmək lazımdır».

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024