Cəmiyyət (3-09-2020, 07:31)
İnsanı həyatının ən çətin anlarında ruhlandıracaq 5 QURAN AYƏSİ...
Hər kəsin həyatında sevinc və kədər günləri var. Hər kəs xoşbəxt məqamlarımızı bölüşməyə hazırdır, amma kədərli anlarda çox vaxt tək qalırıq...
Elm çox irəli gedib, ancaq, təəssüf ki, hələ də ruhi xəstəliklərin müalicəsini tapmayıb... Və ağır, çıxılmaz saydığımız anlarımızda etibar edə biləcəyimiz Yeganə Güc - Qurani-Kərimdə bütün suallarımızı çoxdan cavablandırmış Uca Allahdır...
Mediatv.az “İslamtoday” nəşrinə istinadla həyatın ən çətin anlarında hər birimizə dəstək olacaq ən ruhlandırıcı və ilhamverici 5 Quran ayəsini təqdim edir.
1. Sən tək deyilsən. Hər bir mömin Allah tərəfindən sınanılacaq...
“İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) (Qurani-Kərim, əl-Ənkəbut surəsi, 2-ci ayə)
2. Etibar edəcəyimiz və güvənəcəyimiz yalnız Uca Allahdır. Allahdan başqa heç kimin gücü və qüdrəti yoxdur...
“Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir”(ət-Talaq, 3).
3. Həyatın bütün məqamlarında mehriban, xeyirxah, ədalətli bir insan olaraq qalmaq vacibdir. Allah sizi iman qardaşınıza etdiyiniz yaxşılığa görə mükafatlandıracaq...
“Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir!”(Əl-Bəqərə, 263).
4. Çətin durumlarda Yaradanın lütfünə inamı itirməmək vacibdir...
“(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”(Əl-Bəqərə, 186).
5. Uğursuzluqlarınıza görə başqalarını günahlandırmayın və özgələrdən şübhələnməyin...
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”(“Əl-Hücurat”, 12).
İslam - insanın həyat tərzidir. Və mömin həyatının hər anını Uca Allahın buyurduğu kimi yaşamalıdır. Qurana və Peyğəmbərimizin (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsinə əməl etsək, istənilən problemi asanlıqla həll edə bilərik...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024