Cəmiyyət (21-08-2020, 14:13)
Sabahkı hava narahatlıq yarada bilər

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.
22 avqustda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 13-16 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında güclü şimal-qərb küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
5 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025
4 08 2025