Cəmiyyət (10-07-2020, 12:37)
Səhiyyə Nazirliyinin rəsmisi: “Onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir”
İnsanlar koronavirusa yoluxma dərəcələrinə əsasən təsnifatlandırılıb: COVID-19 infeksiyasına yoluxmuş simptomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.
Mediatv.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İşçi qrupunun rəsmisi Səbinə Babazadə deyib.
Səbinə Babazadə bildirib ki, simptomsuz xəstələr adından məlum olduğu kimi xəstəliyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcısıdır: “Simptomsuz xəstələrin yalnız COVID-19 testini keçdikdən sonra yoluxduğu müəyyən olunur. Yüngül simptomlu xəstələrə gəldikdə isə bu xəstə ilk növbədə hərarətin yüksəlişini hiss edir. Hərarət 37 və 37.5 dərəcəyə qalxdığından sonra xəstədə baş ağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur”.
Səbinə Babazadə onu da qeyd edib ki, ağır simptomlu xəstələrdə hərarət 38 və daha yüksək dərəcəyə çata bilir:
“Eyni zamanda, sinədə ağrıların hiss olunması, quru öskürək və tənginəfəslik simptomları ağır simptomlu xəstələrin əlamətləridir. Bunlarla yanaşı, 18 yaşadək və 18 yaşdan yuxarı xroniki xəstəliyi olan vətəndaşlarda yüngül simptomlar belə müşahidə olunarsa, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir”.
Xatırladaq ki, simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətəndaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edir.
Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024