Cəmiyyət (9-05-2020, 16:18)
İmişlidə daha bir nəfər həbs olundu

Mediatv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, mayın 4-ü saat 6 radələrində İmişli şəhər sakini Ruslan Gülməmmədovun idarə etdiyi “KamAZ” markalı 30-BD-252 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Camal Kərimovun idarə etdiyi “Qazel” markalı 30-BE-192 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşması nəticəsində sürücü C.Kərimovun və “KamAZ” markalı avtomobildə olan sərnişin Nizaməddin Musayevin vəfat etmələri, 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
R.Gülməmmədova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025