Cəmiyyət (5-05-2020, 15:11)
Rusiya-Azərbaycan sərhədində minə yaxın azərbaycanlı qalıb - Özbəkistandan da kömək çağırışı var

Sərhəd qapılarına toplaşan azərbaycanlılar isə günlərdir burada qaldıqlarını, uşaqların, xəstə və yaşlıların ciddi məhrumiyyətə düçar olduqlarını bildirlər. Sosial şəbəkələr vasitəsi ilə Rusiya və Azərbaycan rəhbərliyinə müracət edən vətəndaşlar onlara təcili kömək göstərilməsini xahiş edirlər.
Qeyd edək ki, hazırda Rusiya koronavirusun ən sürətli yayılan ölkələrdən bidiridir. Rəsmi statistik məlumatlara görə, yoluxma sayı 100 min nəfəri aşıb, ölənlər də günü-gündən artır. Azərbaycanda qeydə alınmış koronavirus xəstələrinin bir qismi vaxtı ilə bu ölkədən gələnlər təşkil edib. Onlar ölkəyə keçdikdən sonra 14 günlük karantinə alınıb, testlər aparılıb.
Sosial şbəkələrdə yayılan məlumatlara görə Rusiyada virusdan həyatını itirənlər arasında azərbaycanlılar da var. Onların cənazələrinin ölkəyə gətirlməsi hazırki vəziyyətə görə mümkün olmur.
Onu da xatırladaq ki, Özbəkistanda da xeyli sayda Azərbaycan vətəndaşı qalıb, eyni səbədən onların da ölkəyə qayıdışı mümkün olmayıb. Sosial şəbəkələr vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edən şəxslər kömək və maddi yardım istəyiblər.
Mediatv.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan bu prbemi həll etmək üçün çarter reysi təklif etsə də, Özbəkistan hakimiyyəti razılaşmayıb. Həmin reyslə Azərbaycanda qalan Özbəkistan vətəndaşları öz ölkələrinə aparılmalı, geri dönərkən Azərbaycan vətəndaşlarını qaytarmalı idi.
Xatırladaq ki, hökumət tərəfindən xaricdə qalan vətəndaşların müəyyən edilməsi üçün "evəgedirəm.az" portalı istifadəyə verilib, vətəndaşlardan həmin saytda qeydiyyatdan keçmək xahiş olunur. Eyni zamanda səfirliklər vasitəsi ilə onlara maddi yardımlar edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025