Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-04-2020, 21:04)
Komitədən 2.8 milyonluq tender qazanan şirkət haqda maraqlı məlumatlar - İLGİNC

 Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Konsept Holding” MMC ilə 2 milyon 880 min 960.3 AZN dəyərində müqavilə imzalayıb.

Yenisabah.az xəbər verir ki, MMC bu vəsaitə Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün 9 mərtəbəli 54 mənzilli yaşayış binası tikməlidir.

Vergilər Nazirliyinin reyestr məlumatlarında göstərilir ki, nizamnamə kapitalı 2000 AZN olan “Konsept Holding” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 29, mənzil 150A-da yerləşir. Holdinqin qanuni təmsilçisi isə Hüseynov Tahir Rasim oğludur.

Açıq mənbələrdə Tahir Hüseynov barədə hər hansı məlumat yoxdur. Amma “Konsept Holding” barədə kifayət qədər maraqlı materiallar var. Məsələn, aydın olur ki, holdinq əvvəllər “Azəri Servis LTD” MMC adı altında fəaliyyət göstərib. Bu MMC-nin sahibi isə Nasir Mustafazadə olub. Nasir Mustafazadə barədə məlumatlarda onun “Azəri Servis LTD” MMC-nin direktoru olduğu qeyd edilir.

Nasir Mustafazadənin özünə gəlincə, o, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində işləyib. 2017-ci ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülən Nasir Mustafazadənin Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinə yaxın şəxs olması barədə iddialar var. ASC-nin dəyəri milyonlarla manatla ölçülən tenderlərində “Azəri Servis LTD” MMC-nin də qaliblər sırasında olması bu iddiaların əsassız olmadığına şübhələri artırır.

Ümumiyyətlə, “Azeri Servis LTD” MMC-nin sifarişçiləri əsasən "Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, "Azərsu" ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir.

Bir il əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün “Azəri Servis LTD” MMC ilə 2 milyon 212 min 500 AZN dəyərində müqavilə imzalayıb.

Media “Azəri Servis LTD” MMC-nin vaxtaşırı milyonluq tenderlərin qalibi olmasını “şübhəli tender əməliyyatı” kimi qiymətləndirib. Görünür, bu səbəbdən MMC-ni adı dəyişdirilib.

Nasir Mustafazadə həm də Almaniyada 554 mənizlin sahibi kimi medianın diqqətinə gəlib. Həmin vaxt alman mətbuatı Almaniyanın Frankfurt şəhərində, Stendhal səmtində türk işadamı Muharrem Erdoğduya aid “RAKS AG” türk şirkətinin 2012-ci ildə 554 mənzildən ibarət bir binanı satın aldığını, bir müddət sonra 150 min avro elektrik borcu üzündən əmlaka əl qoyularaq hərraca çıxarıldığı barədə məlumat yaymışdı. Sonradan jurnalist Cavanşir Həsənlinin araşdırmaları nəticəsində bəlli olub ki, “RAKS AG” şirkəti binanı Nasir Mustafazadədən alıb. Mənzillərin ümumi sahəsi 31 min 670 kvadrat metrdir. O da məlum olub ki, əmlakçılar tərəfindən 22 milyon 800 min avro dəyərində qiymətləndirilən mənzillər satılarkən 75 min avro elektrik borcu olub.

Satışla bağlı notarial sənədlərdən aydın olub ki, Nasir Mustafazadə binanın satılması ilə bağlı Frankfurtda fəaliyyət göstərən türk vəkil Nihad Çelikə satışla bağlı etibarnamə verib.

Binanın texniki pasportuna görə, Nasir Mustafazadə binanı 2010-cu il iyununda alıb. Əmlakın 75 faizi onun, 25 faizi isə 72 yaşlı şəriki Sadik Tekin Evrenin adına rəsmiləşdirib. Bundan bir il sonra Evren dünyasını dəyişib və Nasir Mustafazadə 554 mənzilin tək sahibi olub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024