Cəmiyyət (23-04-2020, 17:31)
Eldar Həsənov Namiq Abbasovla bağlı sirri açdı: - “30 nəfər həbs olunacaqdı...”
Tanınmış jurnalist Aida Eyvazlı Bosniya-Hersoqovinaya səfəri zamanı müşahidələrini, rəsmi şəxslərlə danışıqlarını qeydə alıb.
BakuPost həmin yazını təqdim edir:
Əgər əsl Türk imperiyası tarixinin oturuşmuş mədəniyyətini görmək istəyirsinizsə, mütləq yolunuzu Bosniya-Hersoqovinadan salın. Bu yolu 2016-cı ildə bir dəfə gedib gəlmişəm. Mən bu yola bələdəm... türk tarixinin yollarına bələdçilik etmək şansımı bu dəfə də əldən vermədim. Azərbaycanın Bosniya və Hersoqovinadakı səfirliyinin dəvəti ilə araşdırmalarımı sonlandırmaq, bələd olduğum yolun incəliklərini öyrənmək üçün yola çıxdım...
Təyyarəmiz Qara dənizin üstündən eniş etməzdən əvvəl, adətim üzrə yenə yüksəklikdən aşağı dənizə baxdım. Narın ləpələr, balıqlar... saysız-hesabsız balıqlar... Və birdən balıqları insanlara bənzətdim. Milyonluq sakinləri olan şəhərdə o baş-bu başa gəzən dinc əhaliyə. Öz mənfəəti üçün tor atıb tuturlar, hər dəfə nə qədər balığın qırıldığının fərqinə varmadan... Balıqların qətliama uğradıqlarının heç fərqində də deyillər... Yəni insanlar üçün bu adı bir vərdişdir. İnsansansa, dəniz sahilində yaşayırsansa, ölməmək üçün, ölkənin iqtisadiyyatını yaratmaq üçün, özünə firavanlıq düzəltmək üçün balıqları ovlamalısan. Dünya yaranandan belədir, nəyəsə nail olmaq üçün nəyisə uçurmalısan... Kaş ki, o uçurulanların içərisində məhv olan insanlar olmayaydı. Müharibə başlayan böyük güclər də dənizdə böyük miqdarda balıq ovlayan dövlətlər və siyasətçilər qədər insafsızdırlar. Müharibə başladan, silah satan güclər də insanları elə balıqlar kimi qırırlar. İnsanlar nə adamları, nə də balıqları xoşbəxt olmağa qoyur. Balıq və insan qətliamı var bu dünyanın.
Bosniya və Hersoqovinaya can atmağımın bir səbəbi də qətliam taleyimizin eyni olması idi...
Bir neçə saat İstanbulun yeni hava limanında gəzişirəm. Atatürk hava limanının yerini vermir. Ötən ilin avqust ayında Atatürk hava limanında o böyük ATAnın tablosu önündə son fotomu çəkdim. Nə bilmək olar, bəlkə nə vaxtsa, yenə bu hava limanı da ATATÜRKün adına qayıdacaq?! Bu o vədədir ki, Çində böyük koronovirus dalğası yayılıb, bir çox dövlətlər qapılarını Çinə və digər təhlükə gələ biləcək ölkələrə bağlayıb. Türkiyə isə hələ belə tədbirləri görmür. Bosniyaya uçacaq təyyarəni gözlədiyim vaxtda böyük hava limanının ucsuz-bucaqsız dəhlizlərində gəzirəm. Bəzi künclərdə çinli, koreyalı millətlərə məxsus sərnişinlərin üzündə maska gəzdirdiyini görürəm. Əksər gözləyən insanlar da çalışırlar ki, üzündə maska olan insanların yanında əyləşməsinlər. Qalan hər şey adi günlərdə olduğu kimidir.
Təqribən 1 saat 15 dəqiqədən sonra təyyarəmiz Sarayevo şəhərinə - türklərin “Saray Bosna” adlandırdığı gözəlliklər diyarına eniş edir. Sarayevonun aeroportu müasir xidmət ənənlərinə uyğun işləsə də, çox kiçik və sadədir. Yəni bizim gördüyümüz beynəlxalq hava limanlarından, hətta bugünkü şəhərlərarası uçuşlar edən hava limanlarından belə geri qalır. Avropanın qapılarının ağzında kasıb bir ölkə.
Lakin zaman var idi ki, bu ərazilər Avropanın əmniyyət qapıları idi.
Kimdir boşnaklar?
Zaman-zaman köçürülmə və soyqırımlarına uğramış bir millət. Avropanın cənubunda özünün yüksək təfəkkürü, azadlığı və inamı səbəbindən hər zaman basqı və zülmlərə mübtəla olan bir xalq və ölkə. Məhkəmələrdə çarmıxa çəkdilər. Tarixdə xaçlı ordularını da ilk dəfə boşnakların üzərinə göndərdilər. Nə yazıqlar olsun ki, düz 200 ildən artıqdır ki, Balkanlarda var olma mücadiləsi etməkdədirlər. Avropanın hökmü çatsa, bu gün yox edib, öz düzənini qurar buralarda. Lakin Bosniyaya bir türk ruhu hakimdir. Yüzillər boyu Osmanlı Dövlətinin tərkibində Avropanın sərhədlərini müəyyən etdi. Macarlara baş bəlası, serblərə ən böyük düşmən, Avstriya və ruslardan gələn bəlaların qarşısına çıxmağı bacaran və dayanan bir millət. Öz dövlətini qoruyan bir xalq. Təsadüfi deyil ki, Evliya Çələbi onlar haqqında yazırdı: “Boşnaklar qılıncla yatıb, qılıncla oyanarlar”. Mahmud Kaşqari isə “Boşnaklar döyüşəndə zireh də geyinmirlər. Nizələr onlardan yan keçir” - yazmışdı.
Təqribən 15 dəqiqədən sonra yol baqajımı alıb çıxış qapısına gedirəm. Qapıda diplomatik nümayəndəliyimizin birinci katibi, konsul Samir Məlikli qarşılayır. Qonağı olduğum ölkə haqqında suallarımı cavablandırmasından əmin oluram ki, çox geniş hazırlıqlı və yüksək diplomatik qabiliyyətə malikdir. Samir müəllim deyir ki, sabah Sarayevonun Beynəlxalq Universitetində Xocalı soyqırımının 28-ci ildönümü keçiriləcək. Azərbaycandan digər qonaqları da gəliblər. İndi onlar şam yeməyindədilər. Və burada məlum olur ki, Azərbaycanın Serbiyada, Bosniya və Herseqovina və Monteneqroda Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov da qonaqlarladır.
Gəlib qonaqlar yığılan yerə çatırıq. Stola yaxınlaşdıqca hiss edirəm ki, hər kəs səfirə diqqət kəsilib. Eldar Həsənov ayağa durub mənimlə görüşür. Yaxınlaşıb digər qonaqlarla da görüşürəm və Eldar müəllimin “Aida xanım, necə gəldiniz” sualına “s koroblya na bal... çox rahat uçdum, dost-qardaş ölkəyə gələndə yolun necə keçdiyinin fərqinə varmırsan, bilirsən ki, niyyətin gözəl niyyətdir” - deyə cavab verirəm.
Bir axşam süfrəsində gözəl xatirələr...
Əslində isə həmən anda 2004-2012-ci illərdə Özbəkistanda Fövqəladə və Səlahiyyətli səfirimiz olan Namiq Abbasovu xatırlayıram.
2012-ci ilin noyabr ayında rəhmətlik Heydər Əliyevin xatirə günü idi. Mən də Bakıdakı məzuniyyətimi başa vurub yenidən Daşkəndə qayıdırdım. Dönüşüm həmin günə təsadüf edirdi. O zaman da məni təyyarə meydanından birbaşa tədbir keçirilən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət evinə apardılar və Dövlətimizin Özbəkistandakı Fövqəladə və Səlahiyyətli səfiri Namiq Abbasov məni qarşılayanda “Aida xanım, sizin gəlişiniz s koroblya na baldır”, (bu rus dilində işlənən məşhur ifadədir. Səfərdən birbaşa toya, tədbirə gələnlərə belə deyərlər) gözləyirdik ki, gəlib çatasınız, tədbiri başlayaq”.
Qeyd edim ki, həmin dövrdə mən Azərbaycan Dövlət Televiziyasının Mərkəzi Asiya respublikalarında xüsusi müxbir postunun rəhbəri idim. Tədbiri işıqlandırmaq üçün özümü vaxtında çatdırmışdım. İndi o günlər şirin xatirədir. Hər bir belə xatirədə bir xoş məqam və niyyət gizlənir. Nə yaxşı ki, həyatımda böyük insanlarla ünsiyyət qurmaq xoşbəxtliyim olub. Onlardan çox ədəb-ərkan və dövlətçilik dərsləri, ənənələri öyrənmişəm.
Mən süfrəyə əyləşəndən sonra Eldar müəllim söhbətinə davam edir. Rumıniyanın keçmiş prezidenti T.Basisku ilə görüşündən danışır:
“2012-ci il idi. Televiziyada xəbərləri izləyirdim. Bir də gördüm ki, Vyanadan qayıdan Rumıniya prezidenti Trayan Basesku təyyarə meydanında müsahibə verir. Fəqərə sütunundan əməliyyat etmişdilər. Əməliyyatının necə keçməsini cavablandıran prezident “nəhayət, ömrümdə bir yaxşı erməniyə rast gəldim. Məni erməni həkim əməliyyat etdi” deyə bildirdi. Hadisədən iki gün keçəndən sonra mən Rumıniya prezidentindən görüş alıb, onun qəbuluna getdim. Və dedim ki, minnətdarlıq etməyə gəlmişəm. Təəccübləndi, nəyə görə minnətdarlıq etməyimin səbəbini soruşanda, mən onun televiziyadakı çıxışını xatırlatdım. Dedim ki, belə bir müsahibə vermisiniz. O ermənilər mənim doğulduğum vətənimi, yurdumu viranə qoyublar, işğal ediblər. Nəhayət ki, ermənilərin əsl mahiyyətini deməyi bacaran bir dövlət adamı gördüm. Cənab Basesku çox cəsur və qorxmaz bir dövlət adamıdır. Öz sözünün üstündə dayanıb dedi ki, “dediklərimi təsdiq edirəm. Bu fikirdəyəm. Bizim ifadə azadlığımız var. İfadə azadlığına görə təqib yoxdur. Yazıqlar olsun ki, bunu anlamayan insanlar var. Qoy məni versinlər məhkəməyə”.
Ermənilər onu məhkəməyə verə bilmədilər. Cinayət təqibi üçün maddə tapılmadı.
Mən Troyan Basesku ilə 2001-ci ildə Rumıniyaya səfir təyin olunandan bir neçə müddət sonra tanış olmuşdum. O zaman Basesku Buxarest şəhərinin meri idi. Burada Azərbaycan adına bir “Dostluq parkı” salmaq üçün tez-tez görüşməli olurdıq. O, Heydər Əliyevlə heç vaxt görüşməmişdi. Lakin həmişə Heydər Əliyevin şəxsiyyəti ilə maraqlanırdı. Deyirdi ki, Azərbaycandan olan bir şəxsin Mərkəzi Komitəyə gedib çıxması onun üçün hər zaman maraqlı olub. 90-cı illərdə hakimiyyətə gələndən sonra, həmin ağır və qarışıq zamandakı siyasi gedişləri ilə maraqlanırdı. Həmin vəziyyətdən ölkəni necə çıxarmasını öyrənirdi. Və elə oldu ki, onların Heydər Əliyevlə görüşləri alınmadı, ümummilli lider rəhmətə getdi. Biz 2004-cü ildə Buxarestdə gözəl bir park saldıq. Orada indi Heydər Əliyevin heykəli ucalır. Bax, o heykəlin həmin parkda ucalmasının mənası həm də odur ki, Basesku Heydər Əliyevi özünə ideal bilirdi. Onun siyasi gedişlərində atdığı addımlar, cəsarəti mənə hər zaman Heydər Əliyevi xatırladır. 2011-ci ildə Troyan Basesku cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev ordeni “ ilə təltif olundu.
Sonra Trayan Basesku Rumıniyanın 9 il müddətində prezidenti oldu. Rumıniyada diplomatik xidmət müddətim bitəndən sonra, uzun müddət görüşmədik. Lakin telefonla danışırdıq. Trayan Baseskunu 2019-cu ildə Avropa Parlamentinə seçdilər. Bu yaxınlarda tanımadığım nömrədən zəng gəldi. Səsindən tanıdım. Soruşdum ki, cənab Basesku sizsiniz? Telefon xəttinin o biri başında güldü. Onu təbrik etdim. Dedi ki, “...indi Avropa Parlamentindəyəm və Azərbaycandan olan nümayəndə - deputat Tural Gəncəliyevi qəbul etmişəm. Onun haqqında mənə geniş məlulumat verin, o kimdir?!”. Cavab verdim ki, karyeralı diplomatdır, sadə bir ailədə doğulub, kimi-kimsəsi yoxdur, bütün uğurları öz zəhməti hesabına olub. Vətəni işğal olunub, bacarıqlı-qabiliyyətli bir gəncdir.
Dedi ki, “çox sağ olun mənə bu məlumatlar çox vacib idi. Onun ağlına, düşüncəsinə, məsələlərə yanaşma münasibətinə, savadına heyran qaldım. Mən ondan soruşdum ki, ölkə prezidenti cənab Əliyev məsələ qoyur ki, qaçqınlar yurd-yuvalarına qayıtmalıdır. Siz torpağınıza qayıdandan sonra, birlikdə yaşaya biləcəksinizmi?. Bilirsiniz o, nə cavab verdi. Dedi ki, “biz birlikdə yaşamağa məhkumuq. Necə ki, uzun illər yaşamışdıq, yenə yaşayacağıq. Önəmli olan odur ki, torpağımız qayıtsın. Mən Qarabağdanam, mən onlarla yaşamağa hazıram”.
Bildiyiniz kimi T.Basesku indi Ermənistan üzrə məruzəçidir. Əlbəttə ona bu münasibətləri bilmək, əsl həqiqəti öyrənmək çox vacibdir. Sonradan bildim ki, Tural Gəncəliyevin Avropa Parlamentində Basesku ilə görüş təklifi bizim Brüsseldə olan çox peşəkar diplomatımız, Azərbaycanın oradakı nümayəndəsi Fuad İsgəndərov tərəfindən təşkil edilib. Bu çox sevindirici haldır ki, bizim bu gün xarici siyasətimizi təmsil edən yüksək savadlı və peşəkar diplomatlarımız var. Bilirsinizmi, rəhmətlik Heydər Əliyevin bir kəlamı var idi: “...gərginlik yarananda əvvəlcə buxarı çıxarmaq lazımdır, buxarı çıxarmasan, buxar bizə qarşı aqressiv süngüyə çevriləcək, hakimiyyətə, dövlətə qarşı çevriləcək. Küçələrdəki müzakirələri masa arxasında edin”- deyirdi. Buna görə də bizə dialoq lazımdır, cəmiyyətin bütün sahələrində, həm müxalifətlə, həm xarici rəqabətli ölkələrlə, həm də siyasi dairələrdə bu polemikanı diplomatlarımız və xarici dilləri bilən jurnalistlərimizin vasitəsi ilə qurmalıyıq, onların savadlı təhlilli yazılarını, araşdırmalarını dünya mətbuatına çıxarmalıyıq, öz tariximizi, dünənki və bugünkü tariximizi dünyanın danışdığı dillərdə yayıb təbliğ etməliyik.
Süfrəyə yenə də yemək gəlir. Qonaqların qarşısına qızardılmış balıq və ət parçaları qoyulub. Süfrə ətrafında oturanlar arasında yad kimsə yoxdur. Səfirliyin müşaviri Elnur Quliyev deyir ki, hər hansı bir münasibətlə görüş olanda, Bosniya və Hersoqovinadakı diplomatik nümayəndəlikdə işləyən əməkdaşların heç biri unudulmur. Əslində, burada diplomatik xidmət göstərən iki nəfərdir - Elnur Quliyev və Samir Məlikli. Səfirliyin bütün sənədləşmə işlərini bu iki diplomat aparır.
Bosniyada ət süfrələrin əsas yeməyi hesab olunur. İnsanlar burada əti daha çox steyk, qızardılmış və kabab kimi yeyirlər. Əsasən dana ətindən istifadə olunur. Lakin bu dana ətini elə qızardırlar ki elə bil ki, bizim quzu ətimizdir. Ləzzətini isə müqayisə etmək olmaz. Bir qurman kimi, demək istəyirəm ki, Azərbaycan kababından dadlı kabab olmaz, amma bu çox fərqli dadı da sevdim. Əti elə sulu qızardırlar ki... bəh-bəh... gərək, yeyib görəsən.
Mən məqamdan istifadə edib, Eldar müəllimə sual verirəm:
- Eldar müəllim, mərhum Heydər Əliyevlə bağlı gözəl xatirələriniz var. Bir dəfə onun apardığı müşavirələrin birində “Qələmi məhkəməyə vermək” kimi bir ifadə işlətmisiniz. O nə məsələ idi?
- Heydər Əliyev bizim həyat müəllimimiz, ustadımız olub. Biz çox şeyə görə ona borcluyuq. Azərbaycan boyda bir dövləti qoruyub, dağılmağa qoymayan onun iradəsi oldu. O əhvalat belə olmuşdu: adlarını deməyəcəyəm. 30-dan artıq adamın həbs qərarı var idi. Biz bu qərarı müzakirə etmək üçün cənab Əliyevin qəbuluna gəlmişdik. Hüquq-mühafizə orqanı rəhbərlərinin hamısı qəbulda idi. Onların içərisində bir neçəsi məşhur qələm adamı idi. Şair, yazıçı, publisist. Müzakirələr gərginləşəndə, mən öz fikrimi bildirərək dedim ki, “olsa-olsa, biz onların qələmini məhkəməyə verə bilərik. Oradan o tərəfə keçə bilmərik”.
Heydər Əliyev məni dinləyəndən sonra dedi ki, “axı mənə başqa sözlər deyirlər. Bir həqiqəti çatdırın görüm nədir məsələ?”
Sonra Milli Təhlükəsizlik naziri Namiq Abbasovdan fikir öyrəndi: “Sən nə deyirsən, Namiq?!” Namiq müəllim “Heydər Əliyeviç, sizin yazdığınız tarixə ləkə salmağa bizim ixtiyarımız yoxdur. Və bir-bir həmin adamların adını sadalayıb dedi ki, bunlar qələm adamlarıdır. Mən Baş prokurorun fikrinə qatılıram, onlara dəymək olmaz”.
Heydər Əliyev Namiq Abbasovu diqqətlə dinləyəndən sonra, özünəməxsus ciddiyyət və həm də zarafatla: “Namiq, bilirəm, sən keçmiş jurnalist olmusan. Yəqin o peşə də təsir edib. Ona görə bəlkə belə deyirsən”. Namiq müəllim “Yox, cənab Heydər Əliyev, mənə vicdanımın səsi təsir edir, mənə sizin yazdığınız tarixi qorumaq təsir edir” dedi. Həmin adamlar haqqında həbs qərarı yazan da bizim aramızda idi. Biz Heydər Əliyevi inandıra bildik. Və həmin insanlar haqqında qərar icra olunmadı. Bu, ədalətin təntənəsi idi.
Bilirsiniz, Namiq müəllim Heydər Əliyevə, İlham Əliyevə sədaqətli, o qurumda ziyalılığını özündə saxlayan tək bir insan oldu. O çətin illərdə işləyib həm ziyalılığını saxladı, həm də imkan vermədi günahsız insanlar həbs olunsun, gözü-könlü tox idi. Zamanında Heydər Əliyevə görə Sibirə sürgün olunan insanlardandır. Haqsız qərara yerindəcə üsyan edərdi”.
Eldar Həsənov Namiq Abbasovdan danışanda, məni heyrət bürüyür. Uzun müddət Daşkənddə eyni səfirlik binasında hər gün gördüyüm Namiq Abbasovu görəsən, mən bu gün niyə xatırlamışdım? İndi də onun haqqında çox maraqlı bilgilər aldım. Oturduğumuz süfrənin ətrafında səssizlik hakimdir. Hamı bu maraqlı söhbətləri dinləyir. Mən isə özlüyümdə fikirləşirəm ki, millət o zaman xoşbəxtdir ki, öz qəhrəmanını tanıdır. Bu gün Bosniyada “İki dərdli ana” heykəli, Avropada Bəxtiyar Vahabzadəyə ucaldılan abidə, Monteneqroda Hüseyn Cavid, Üzeyir Hacıbəyovun heykəlləri, Buxarestdə Heydər Əliyevin heykəli ucalıbsa, bunun nəyi pisdir ki? Bu heykəllərin hamısı Azərbaycan oğluna, Azərbaycan qəhrəmanına, şəxsiyyətinə ucaldılan abidələr deyilmi? Həmin parklardan, meydanlardan keçənlər bizim şəxsiyyətlərimizi tanıyırlarsa, bu bizim uğurumuzdur.
Eldar müəllim süfrə ətrafında oturan Cahad və Leylanının qayğısına qalır. Tez-tez onların yeməkləri ilə maraqlanır, süfrədə olan gözəl təamlardan onların məcməyisinə özü düzür. Bu iki gənc Səriyyə Müslümqızının övladlarıdırlar. Onlar analarına qoşulub Bosniyaya gəliblər ki, sabah Sarayevo Beynəlxalq Universitetində keçirilən “Xocalı qətliamının 28 illiyi” tədbirində çıxış etsinlər. Səriyyə xanım Xocalının dəhşətlərini görən, orada neçə-neçə qohumunu, doğmasını itirən şahidlərdəndir. Bu amalla 28 ildir ki, ölkə-ölkə, diyar-diyar gəzib, “Xocalıya ədalət” deyə haray çəkir.
Söhbət vətəndən və dünyadakı bugünkü imicimizdən gedərkən, Eldar Həsənov prezident İlham Əliyevin Münhendə üzdəniraq hakimiyyətin baş nazirinə verdiyi tarix dərsindən danışır və gözəl təhlil edir. Eyni zamanda, özünün səfir olduğu ölkələrin prezidentləri ilə İlham Əliyevin dostluq siyasətindən və bu ölkələrdəki nüfuzundan söhbət açır. Təəssüflə bildirir ki, heyf ki, bu günə qədər Azərbaycan Milli Məclisi işğal haqqında qanun qəbul etməyib.
Gözəl bir çay süfrəsi ətrafında istirahət edəndən sonra diplomatik korpusun nümayəndələri və Eldar müəllimlə sağollaşıb, sabaha qədər ayrılırıq. Sabah Xocalıdan danışacağıq.
Xocalıya ədalət...
Günorta saat 14.00-da Sarayevodakı diplomatik nümayəndəliyimizə gedirik. Azərbaycanın bu ölkədəki Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənovun qonaqları dəyirmi masa ətrafında əyləşiblər. Qonaqlar da çox yüksək mərtəbəli dövlət adamları, ziyalılar və universitet rektorlarıdırlar. Sarayevo Beynəlxalq Universitetinin rektoru professor Ahmet Yıldırım, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç və eləcə də professor Sabahudin Hadjialiç, Bosnya-Azərbaycan Dostluq evinin sədri Samir Şiboniç.
Bosniyada çay mədəniyyətini kofe əvəz edir. Kofeyə aludəçilik isə boşnaklara Osmanlı Sultanı tarixindən bir yadigardır. Lakin Azərbaycan səfirliyində qonaqlara armudu stəkanlarda çay verirlər. Eldar Hsənov Azərbaycanın siyasi aləmdəki imicindən, iqtisadi gücündən, dostlarından danışır. Diqqətimi cəlb edən o olur ki, qonaqlarla boşnak dilində danışır. Və birdən Bosniya-Azərbaycan Dostluq cəmiyyətinin sədri Samir Şiboniç deyir ki, kaş bizim ölkənin də İlham Əliyev kimi rəhbəri olaydı.
Təyin olunan vaxtda Xocalı soyqırımı şəhidlərinin xatirəsini yad etmək üçün Dobrıniy çayının sahilinə yola düşürük. Səfirliyin qarşısındakı avtobusda müxtəlif təhsil ocaqlarında oxuyan türk və azərbaycanlı, boşnak tələbələr vardı. Eldar Həsənov da yüksək mərtəbəli qonaqlarla birlikdə tələbələr olan avtobusa əyləşir. Dobrıniy çayı sahilində Azərbaycan-Bosniya və Hersoqovinanın Dostluq parkına qədər olan məsafəndə yol polisi səfirliyin maşın karvanını müşayiət edir. Lap qabaqda qarşısında Azərbaycan bayrağı olan diplomatik xidmət avtomobili gedir. Bu mənə xüsusi zövq verir. Bayrağımızı harada görsəm, ürəyim quş ürəyi kimi tir-tir titrəyir.
Biz Srebrenitsa və Xocalı qətliamına həsr olunmuş “İki dərdli ana” heykəlinin önünə çatanda burada qələbəlik olduğunu görürük. Bosniya və Hersoqovina və Azərbaycanı təmsil edən nüfuzlu hüquqşünaslar, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, qeyri-hökumət təşkilatları, diplomatik korpus, Srebrenitsa və Jepa Anklavlarının Anaları Hərəkatının və KİV-lərin nümayəndələri, şəhərdəki Türk Diasporunun üzvləri, Sarayevo şəhər bələdiyyəsinin sədri və üzvləri qətliamı əks etdirən “İki dərdli ana” abidə kompleksinin önünə gələrək, gül və əklil dəstələri qoyurlar. Xocalı və Srebrenitsa analarının dərdini əks etdirən kompleksin önündə müharibə qurbanlarının ruhuna dua oxunur. Ölkənin 15-dən artıq televiziyası tədbiri işıqlandırmaq, müsahibə almaq üçün hazır vəziyyətdədir.
Dostluq parkında ucaldılan abidə kompleksinin müəllifi azərbaycanlı heykəltəraş Natiq Əliyevdir. Burada başlarına qara örpək örtmüş iki dərdli ana söhbət edir. Onlar həm də türk və müsəlman dünyasının abırlı-ismətli qadınlarının rəmzi olaraq, baş vermiş cinayətin ağırlığından başlarını aşağı dikiblər. Abidə kompleksi bütöv bir dərd hekayəsidir. Qara rəngli, dərdli və heç zaman unudulmayacaq hekayə. Əsrlərə şahid, Tanrıya fəryad edən daş heykəl. Dərbənddən heykələ dönmüş analar.
Tədbirin rəsmi hissəsi Beynəlxalq Sarayevo Universitetində davam etdirilir. Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Sarayevo Beynəlxalq Universitetin rektoru, professor Ahmed Yıldırım, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Bosniya və Hersoqovina və Monteneqrodakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənov, Bosniya və Herseqovinanın elmi ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, professor Sabahudin Hadjialiç və hüquq elmləri doktoru Edin Halapiç, Səriyyə Müslümqızı Xocalı soyqırımından, Srebrenitsa qətliamından danışırlar.
Səfir Eldar Həsənov Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü il fevralın 26-da - Xocalı soyqırımının törədildiyi gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbul olunmasını minnətdarlıqla xatırladı. Və bilidirdi ki, bu gün Xocalı qurbanlarının yad edildiyi tədbirdə “Srebrenitsa anaları” ictimai birliyinin üzvləri də iştirak edir.
“Srebrenitsa mənim qəlbimin bir parçasıdır. Çünki bizim acımız və dərdimiz eynidir. Biz Bosniya Hersoqovinyada sabitliyin tərədarıyıq. Türkiyə səfiri cənab Haldun Koçla hər görüşümüzdə Srebrenitsa insanlarının durumunu müzakirə edirik”- deyən səfir, daha sonra qeyd etdi ki, “bu gün Beynəlxalq Universitetdə Sarayevonun adlı-sanlı insanlarını dəvət etməkdə məqsədim həm də Xocalı hadisələrini gözü ilə görmüş xocalılı ana, yazar Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatıdır. Bu kitabı boşnak dilinə tərcümə etdik. Onsuz da faciəmiz eynidir. Qoy bu hadisələri törədənlər tarix qarşısında, o şəhidlərin ruhu qarşısında cavab versinlər”.
Azərbaycan diplomatı 26 fevral gününü Azərbaycan tarixində qanlı bir səhifə adlandırdı. 6 aylıq və ya 5 yaşlı uşaqların öldürülməsini insanlığın ən dəhşətli cinayəti olduğunu, Xocalı qətliamına rəhbərlik etmiş bir cinayətkarın sonradan Ermənistanın prezidenti seçilməsini beynəlxalq hüquqa zidd bir hərəkət kimi pislədi. Rəhbərlik etdiyi cinayətə haqq qazandıran Ermənistan prezidentinin Avropa mediasına verdiyi müsaibələrindən birində “Azərbaycan xalqı və dövləti belə düşünürdü ki, bizim birgə yaşamağımız mümkündür, elə bilirdilər ki, biz dinc sakinlərə əl qaldırmarıq, biz isə gücümüzü onlara göstərdik” dediyini xatırladı. Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətlərinin Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin 1948-ci ildə qəbul olunmuş maddələrinə zidd olduğunu bir daha dilə gətirdi.
Sonra Səriyyə Müslümqızının övladı Leyla Əlizadə ingilis dilində çıxış edərək, Avropa Birliyini və beynəlxalq təşkilatlara “Xocalıya ədalət!” deyə müraciət etdi.
“Srebrenitsa anaları və Jepa Anklavı” birliyinin sədri Munira Subaşiç Eldar Həsənova müraciətlə məktub təqdim etdi və dedi ki, bu il Srebrenitsa soyqırımının 25 illiyidir. Bu münasibətlə Azərbaycanda Srebrenitsa soyqırımının adına bir küçə verilməsini istəyir.
Xatırladım ki, ötən il Azərbaycanın Bosniyadakı səfirliyinin dəstəyi ilə Munira Subaşiç və onun təşkilatının üzvləri Srebrenitsa qətliamının şahidləri olan digər analar Xocalı soyqırımının 27 illiyində Bakıya qonaq gəlmişdilər. Xocalı abidəsini ziyarət etmiş, Xocalıdan didərgin düşmüş ailələr, doğmalarını itirmiş insanlarla görüşmüşdülər. Xanım Subaşiç onu da deyir ki, artıq Fransadakı küçələrin birinin adı Srebrenitsa qurbanlarının xatirəsinə adlandırılıb. Təşkilat Türkiyə, Kanada və digər dövlətlərə də Srebrenitsa faciəsini əks etdirən küçə adlarının verilməsi üçün müraciət ünvanlayıb. Azərbaycanlı diplomat Eldar Həsənov xanım Munira Subaşiçin müraciətinin nəzərə alınması üçün Azərbaycan dövlətinə təqdim edəcəyinə söz verdi.
Munira Subaşiçə baxıram. Əynində uzun illərin mixək rəngində olan köhnə plaşı vardı. Ötən il Azərbaycana da bu üst geyimində gəlmişdilər. O anaların geyimləri bizim QHT sədrlərinin paltaralarından fərqlənir. Bir də ki, üst-başlarında qızıl-brilyant parlamır. Onlar bu günə qədər iş görüblər, gecə-gündüz beynəlxalq təşkilatların qapılarında yata-yata, dayana-dayana dünyaya Srebrenitsa qətliamını tanıdıblar. Bizi isə qınayır Minura Subaşiç ana. Deyir ki, dirəniş göstərsəydiniz, tanıdardınız. Bu məsələdə bütün millət bir olmalıdır. Ona deyə bilmirəm ki, ANA bizim Parlamentimiz hələ Xocalı faciəsini SOYQIRIM aktı kimi qəbul etməyib. Onsuz da o xanım ana özü hər şeyi yaxşı bilir. Kaş biz də faciəmizi dünyaya tanıdanda kostyumlu, bərli-bəzəkli deputatları, QHT sədrlərini, yaxın dostları deyil, Xocalıda qətliama, soyqırımına məruz qalmış şahidləri aparaq. O zaman biz də Xocalıya Ədaləti tapacağıq.
(Ardı var) //bakipost.az//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024