Cəmiyyət (21-04-2020, 14:47)
Azərbaycanda polislər koronavirusa yoluxub
Daxili İşlər Nazirliyi (DİN) ölkədə xidmət aparan polis əməkdaşlarının koronavirusa yoluxduğunu açıqlayıb.
Mediatv.az "Report"a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, polislərin koronavirusa yoluxma faktı təkcə paytaxt ərazisində qeydə alınmayıb:
"Bildiyiniz kimi, polis əməkdaşları respublika ərazisində gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olur, vətəndaşlara maarifləndirici tədbirlər həyata keçirilər, onlara məlumatlar verirlər. Həmçinin polis əməkdaşları vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında da xidmətlər göstərirlər. Polislər koronavirusla mübarizədə ön cəbhədədirlər. Buna görə də onlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb".
E.Zahidovun deyib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir: "Onların dəqiq sayını açıqlaya bilmərəm. Hazırda polis əməkdaşları müalicə alırlar. Hətta xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları arasında xəsarət alanlar da var. Bu, bir daha onu göstərir ki, polis əməkdaşları özlərinin səhətlərini təhlükəyə qoyaraq, vətəndaşlarımızın sağlamlığının keşiyindədirlər".
Xidmət rəisinin sözlərinə görə, polis əməkdaşları ilə birgə xidmət aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçuları arasında yoluxma faktı qeydə alınmayıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024