Cəmiyyət (3-04-2020, 15:02)
Şahdağa qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, aprelin 3-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, Böyük Qafqazın bəzi hissələrində intensiv olub.
Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakən, Oğuzda 15 mm, Altıağac, Şəkidə 13 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 12 mm, Qəbələdə 11 mm, Tovuz, Ağstafada 10 mm, Şabranda 9 mm, Xaltanda 8 mm, İsmayıllıda 7 mm, Xınalıq, Qusarda 6 mm, Qrız, Şəmkir, Naftalanda 5 mm, Göygöl, Gəncə, Qubada 4 mm, Daşkəsən, Tərtər, Ceyrançöldə 3 mm, Mingəçevir, Göyçayda 2 mm, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astara, Gədəbəy, Mərəzə, Bakı, Sumqayıt, Maştağada 1 mm olub.Qar örtüyünün hündürlüyü Şahdağda 2 sm-ə çatıb.
Yevlax, Göyçay, Göygöl, Balakən, Şəki, Altıağac, Quba, Qusar, Qrız, Sarıbaş, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.
Şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Ağdamda 22 m/s, Ağstafa, Gəncədə 20 m/s, Xaçmaz, Bərdə, Şəmkirdə 18 m/s, Qazıməmməddə 16 m/s, Mingəçevirdə 15 m/s, Bakıda və Abşeron yarımadasında - Çilov adasında 25 m/s, Bakıda 24 m/s, Pirallahıda 23 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14, aran rayonlarında 15-20, dağlıq rayonlarda 9 dərəcəyədək, Naxçıvan MR-da 10-18, Ordubadda 24 dərəcəyədək isti olub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025