Cəmiyyət (22-03-2020, 13:04)
Bu şəxslərin Bakıya girişi üçün güzəşt ediləcək - Rəsmi

Mediatv.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
O bildirib ki, hazırda region, Bakı, yaxud Sumqayıt qeydiyyatı olmasından asılı olmayaraq, bütün sərnişinlərin paytaxtdan rayonlara gedişi təmin olunur:
"Yalnız Bakıya girişdə qeydiyyatla bağlı məhdudiyyət var. Paytaxt qeydiyyatında olanlara giriş-çıxış sərbəstdir. Martın 29-na qədər region qeydiyyatı olanlar Bakıya daxil ola bilməyəcəklər".
Qurum sözçüsu bildirib ki, məcburi köçkün və qaçqınlara isə müəyyən güzəştlər tətbiq olunur:
"Onların qeydiyyatı Dağlıq Qarabağ bölgələrinədir. Müvəqqəti yaşadıqları yerlə bağlı arayış gətirdikdə, arayışa əsasən şəhərə qayıtmaq üçün onlara bilet təqdim olunacaq".
Nuridə Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt arasında gediş-gəlişdə məhdudiyyət yoxdur, 33 marşurut xətti üzrə 210 avtobus işləyir.
Xatırladaq ki, bu qərarlar avtobuslarla yanaşı, şəxsi avtomobillərə də şamil olunur. Sərnişinlər vəsiqələri yoxlanıldıqdan sonra paytaxta buraxılacaqlar.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025