Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-03-2020, 18:16)
Əli Əsədov göstəriş verdi: Nazir müavinləri evdən işləyir - SORĞU

 Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.
Mediatv.az-ın məlumatına görə, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb.
Tapşırıqlarda 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi məsələsi də yer alıb.
Məsələ barədə Baş nazirin müraciət ünvanladığı qurumların bir neçəsinə sorğu göndərdik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Baş nazir tərəfindən dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsinin təmin edilməsi ilə bağlı verilən göstərişə nazirlikdə əməl edilib:
“Qurumda yaşı 60-dan yuxarı olan şəxslərin, eyni zamanda, öhdəliyində azyaşlı uşağı olan qadın işçilərin evdən işləmələrinə şərait yaradılıb. Hazırda öhdəsində azyaşlı uşağı olan nazirliyin qadın işçiləri, yaşları 62 və 68 olan iki nazir müavini iş fəaliyyətlərini evdən davam etdirirlər”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, verilən göstərişin icrası nazirlikdə lazımi səviyyədə təşkil edilir.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədovanın sözlərinə görə, Baş nazir tərəfindən verilən göstərişə əməl edilib:
“Nazirlikdə öhdəliyində azyaşlı uşağı olan qadının və yaşı 60-dan yuxarı olan şəxslərin distant rejimdə işləmələrinə şərait yaradılıb. Verilən hər bir qərara, göstərişə riayət olunur”.
İqtisadiyyat Nazirliyindən isə əlavə edilib ki, qurumda Baş nazirin verdiyi göstərişlərə və Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına tam əməl olunub.  шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024