Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (10-03-2020, 09:03)
Bu gün Yel çərşənbəsidir

 Bu gün Azərbaycanda Novruz bayramından əvvəlki üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova “Report”a bildirib ki, buna el arasında “Külək oyadan çərşənbə” də deyirlər.

O xatırladıb ki, yazın gəlişi havaların isinməsi ilə bağlıdır: “Yel çərşənbəsi də havaların isinməsindən ilkin xəbər verdiyinə görə belə adlanır. İnanca görə bu çərşənbədə qış əldən düşmüş vəziyyətdə köçünü sürür. Qar əriyir, suyun buzu sınır, torpaq canlanmağa başlayır. Gün ərzində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir”.

Mütəxəssis vurğulayıb ki, Yel çərşənbəsinin də özünəməxsus adət-ənənəsi var: “Bunlardan biri də cıdır falıdır və bunu da kəndin oğlanları icra edir. Cavanlar cıdıra gedərək hansısa atı ürəklərində nişanlayıb niyyət tutarlar. Kimin işarələdiyi at birinci olarsa, onun niyyətinin yerinə yetəcəyinə inanılır. Yel kimi qaçan atan sahibini il ərzində bol ruzi gözləyər”.

S.Qasımova həmçinin əlavə edib ki, bəzi bölgələrdə həmin gün yaxınların məzarları ziyarət olunur, ruhlarına dualar oxunur, ərazidə təmizlik işləri aparılır.

Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.

Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024