Cəmiyyət (9-03-2020, 14:05)
Saxta pasportla Almaniyaya gedən azərbaycanlı ailə deportasiya ediləcək

“Report”un Avropa bürosunun Saksoniya Əyalətinin Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, buna səbəb azərbaycanlı ailənin Macarıstana aid saxta viza ilə ölkəyə səyahət etməsidir.
Məlumatda bildirilir ki, Əsədovlar ailəsi - 30 yaşlı Nuray Əsədova, qardaşı Hüseyn, anası Rada, qayınanası Rəhilə, uşaqları - Rada və Atilla ilə Macarıstan və Çexiyadan keçməklə Almaniyaya daxil olublar.
Onların səyahət etdiyi avtomobil Pirna şəhərində polislər tərəfindən saxlanılıb.
Ailə üzvləri Almaniyaya turist kimi gəzməyə gəldiklərini söyləyib. Ancaq Əsədovlar ailəsinin vizalarının Macarıstan və Çexiya miqrasiya idarələrinə sorğusu zamanı onların saxta olduqları məlum olub. Bundan sonra polis ailəni Hannover şəhərinə aparıb. Daha sonra Əsədovlar ailəsi qaçqın statusu üçün müraciət ediblər. Lakin sonradan könüllü olaraq Azərbaycana qayıtmaq istədiklərini bildiriblər.
Ailə Azərbaycana qaytarılmaları üçün Bavariya əyalətinin Deggendorf şəhərindəki deportasiya mərkəzinə gətirilib.
Deggendorf Şəhər Polis Təşkilatından bildirilib ki, Əsədovlar ailəsi ilə bağlı bütün prosedurlar tamamlanıb və ailənin martın 11-də Azərbaycana göndərilməsi gözlənilir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025