Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (6-03-2020, 09:59)
Miqrasiya orqanlarına qəbulla bağlı yeni qərar – Bu sahədən suallar düşməyəcək

 “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.
Mediatv.az-ın məlumatına görə, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qərar imzalayıb.
Qərarla sənədin 4-cü maddəsinə dəyişiklik edilib.
Qeyd edək ki, müvafiq sənədin 4-cü bəndi müsabiqənin keçirilməsi ilə bağlıdır.
Qərarın əvvəlki variantının 4.4.2-ci yarımbəndində göstərilirdi ki, imtahan suallarına Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 20 sual, qanunvericilik üzrə 50 sual, məntiq üzrə 20 sual, kompüter bilikəri üzrə 10 sual daxildir.
Vüsal Hüseynovun yeni qərarı ilə Azərbaycan tarixi ilə bağlı 10 sual olacaq. Yeni qərara görə, müsabiqədə coğrafiya ilə bağlı suallar düşməyəcək.  
Bundan başqa, Azərbaycan dili üzrə də 10 sual salınacaq.
Sənədin 4.5.10-cu yarımbəndinə də dəyişiklik edilib.  
Həmin yarımbənddə yazılırdı ki, komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir.
Yeni qərarla bu yarımbəndin ikinci cümləsi çıxarılıb və aşağıdakı məzmunda 4.5.11-ci yarımbənd əlavə edilib:
“Söhbətin gedişi protokolla rəsmiləşdirilir. Protokolda namizədə verilmiş bütün suallar, onların cavabları və qiymətləndirilməsi qeyd edilir”.шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024