Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-12-2019, 12:00)
Azərbaycan sərhədini pozanlar saxlanıldı

 Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və dövlət sərhədinin pozulması hallarına qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, dekabrın 22-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan bir nəfər şəxs saxlanılıb, sərhəd pozucusunun Biləsuvar rayonu Zəhmətabad kənd sakini Dadaşlı Pərvin Ziyafət oğlu olması məlum olub. İlkin araşdırma zamanı onun 20 dekabr tarixində dövlət sərhədini Azərbaycan-İran istiqamətində pozması müəyyən edilib.
Dekabrın 26-da DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Xaçmaz rayonunun Zeyxuroba kəndi yaxınlı­ğındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozan bir nəfər şəxs sax­lanılıb, sərhəd pozucusunun Pakistan vətəndaşı 1991-ci il təvəllüdlü Əli Yasif Pakistani olması müəyyən edilib.
Dekabrın 27-də DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Balakən rayonunun Mazımçay kəndi yaxınlı­ğındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozan bir nəfər şəxs sax­lanılıb, sərhəd pozucusunun Əlcəzair vətəndaşı 1986-cı il təvəllüdlü Muhəmməd Şərif olması müəyyən edilib.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024