Hadisə (28-07-2019, 11:07)
Azərbaycan-İran sərhədində atışma: yaralı var...

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Mediatv.az-a verilən məlumata görə, sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və qarşısı alınıb.
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.
Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.
Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçmışlar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunmuşdur.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əraziyə ezam edilmişlər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirilmiş, hadisə yerinə birgə baxış keçirilmiş, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunmuş, sərhəd pozucularının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilmişdir.
Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılmışdır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025