Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-12-2019, 12:40)
Bütöv Çin Vəkillərinin Assosiasiyası ilə Vəkillər Kollegiyası əməkdaşlıq edəcək - FOTO

 
9-10 dekabr tarixlərində Çinin Quançjou şəhərində keçirilən vəkillərin beynəlxalq forumunda Bütöv Çin Vəkillərinin Assosiasiyası (ACLA) ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
Kollegiyadan verilən məlumata görə, saziş ARVK-nın sədri Anar Bağırov və ACLA-nın sədri Vanq Junfenq tərəfindən imzalanıb.
Təntənəli tədbir çərçivəsində Anar Bağırov hər iki ölkənin vəkillər assosiasiyaları arasında əməkdaşlığın əhəmiyyəti, Çin və Azərbaycanda investorların hüquqlarının müdafiəsində vəkillərin rolu və qlobal forumun əhəmiyyəti barədə çıxış edib. Qeyd olunmalıdır ki, imzalanma mərasimində 40-dan çox ölkənin vəkillər assosiasiyaların və Beynəlxalq Vəkillər Assosiasiyasının (#IBA), Avropa Vəkillər Kollegiyaları Şurasının (#CCBE) rəhbərləri iştirak ediblər.
Daha sonra Anar Bağırov Çinin dövlət kanalı olan #CCTV-yə müsahibə vermiş və mətbuat konfransında iştirak edib.
Səfər çərçivəsində dekabrın 9-10-u tarixlərində 60-dan çox ölkədən 850-dək hüquqşünas və vəkilin iştirakı ilə Vəkillərin Qlobal Forumunda da iştirak edilib.
Hüquq peşəsi və innovativ texnologiyaların tətbiqi mövzusuna həsr olunmuş forumda müxtəlif ölkələrin vəkillər kollegiyalarının, beynəlxalq vəkillər kollegiyaları assosiasiyalarının, ədliyyə nazirliklərinin rəhbərləri iştirak edirlər.
Səfərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov, Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov da iştirak ediblər.


шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024