Cəmiyyət (19-11-2019, 20:00)
ABŞ-da cinayət törədən xarici vətəndaşlar Azərbaycanda tutuldu

Mediatv.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələri, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak ediblər.
Məlum olub ki, Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilirlər.
ABŞ tərəfindən beynəlxalq axtarışa verilən bu şəxslər bir neçə ay əvvəl Azərbaycanda saxlanılıblar.
Pakistan vətəndaşları isə ittihamla razılaşmır və heç vaxt ABŞ-a getmədiklərini bildiriblər.
Onlar bu məsələdə yanlışlıq olduğunu deyərək, Azərbaycanda həbsdə saxlanılmalarını istəyiblər.
ABŞ səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşı suala cavab olaraq bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları barədə məlumatlı olmadığını deyib. Nümayəndə bu barədə növbəti prosesdə yazılı şəkildə məlumat verəcəyini deyib. Pakistanlıların ABŞ ərazisində yox, internet vasitəsilə cinayət törətməsi şübhəsi var.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
17 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025
16 08 2025