Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-01-2020, 11:21)
Aluminium qablaşdırmanın faydalarını bilirsinizmi?

 İstehlakçılar bəzən konservləşdirilmiş və ya  qablaşdırılmış qida və içkiləri alarkən hansı növ qablaşdırmanın yaxşı olduğuna qərar verməkdə çətinlik çəkirlər.  
Qablaşdırmalar mövzusunda həyata keçirilən tədqiqatların və araşdırmaların nəticəsinə əsasən, hansı seçimin doğru olacağını oxucularımızın nəzərinə çatdırırıq.
Araşdırmalar göstərir ki, həm qida təhlükəsizliyi, həm keyfiyyətin saxlanılması, həm də ətraf mühitin qorunması baxımından faydalı olan qablaşdırma materialı aluminiumdur.  
Alüminium xüsusilə içkilər üçün ən davamlı qablaşdırma növüdür. Təzyiqə davamlı material olduğu üçün qazlı içkilərin qablaşdırılmasını asanlaşdırır.
Alüminium rəqibləri ilə müqayisədə təkrar emal zamanı əlavə tullantı yaratmadan tam yenilənir, keyfiyyətini və möhkəmliyini itirmədən limitsiz təkrar emal oluna bilir. Aluminium qablaşdırma içkinin keyfiyyətini qoruyur, içkini oksigen və işığa qarşı 100% müdafiə etməklə vitrində uzun müddət qala bilməsini təmin edir. Aluminium qutular yüngül olduğu və rahat daşınıldığı üçün anbarlara daha çox yerləşdirilə və saxlanıla bilər.
Bunan əlavə, aluminium qutular prestiji və yüksək keyfiyyəti təmsil edir, buna görə də, alıcılar üçün daha cəlbedici görünür və daha çox istehlak olunur. İstehlakçılar həm də aluminium qablaşdırmada olan qida və içkilərin tamamilə toxunulmaz qaldığını bilərək daha rahat seçim edə bilirlər.
Digər tərəfdən içki bazarında plastik qablaşdırılmalar böyük pay sahibidir. Amma plastik qablaşdırmada olan içkilər həm sağlamlıq, həm də təbiət üçün zərərlidir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ilin əvvəllərində yayımladığı hesabatına görə, plastik qablaşdırmada olan mikroplastiklər ayrılaraq içkilərin tərkibinə qarışması halına məşhur brendlərin 93%-də rast gəlinib.  
Nyu York Dövlət Universiteti 9 ölkənin 19 fərqli məkanında fəaliyyət göstərən 11 içki brendindən 259 plastik qablaşdırmada olan içki əldə edib və tərkibini araşdırıb. Araşdırmaya əsasən, bəzi içkilərin tərkibində olan mikroplastiklər adi axar suyun tərkibində olan mikroplastiklərdən iki dəfə çox olduğu aşkarlanıb.  
Bu, o deməkdir ki, biz plastik qablaşdırmadakı suyu içdikdə həmin mikroplastiklər orqanizmimizə daxil olur. Digər bir halda isə plastik  tullantılar ən çox su hövzələrində toplanır  və mikroplastiklər su canlılarının yeminə çevrilir, nəticədə biz dəniz məhsulları yeyərkən də plastik yeyirik.
Beləliklə də biz öz sağlamlığımızı hər iki tərəfdən təhlükə altına atırıq.
Son olaraq maraqlı bir fakt kimi qeyd edək ki, aluminium qablaşdırmalar yenidən emal olunarkən 95% enerjiyə qənaət etmiş olunur.  
Aluminium qablaşdırmanın digər bir faydası isə odur ki, təkrar emal olunmuş aluminiumdan istifadə etmək yeni qablaşdırma düzəltmək üçün tələb olunan enerjinin 95% -ni qoruyur.  
Qorunan enerji nəyə yarayır? Soruşsanız, deyək ki, həmin qorunan enerji ilə 4 milyon evi il boyu elektriklə təmin etmək olur. Bu, az əhəmiyyətli fakt deyil.  
Planetin gələcəyinin qayğısına qalırsınızsa, alüminium qablaşdırma doğru seçimdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024