Cəmiyyət (5-02-2019, 15:30)
Ramil Usubov generalın qardaşı oğluna yeni vəzifə verdi - FOTO

Avtosfer.az-ın xəbərinə görə, nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, Emin Musayev mərhum general Rasim Musayevin qardaşı oğludur.
Rasim Musayev Azərbaycanda tanınmış generallardan olub. O, Binəqədi Rayon Polis İdarəsi rəisinin birinci müavini, Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinin rəisi, Cəlilabad Rayon Polis şöbəsinin rəisi, Gəncə Şəhər Polis İdarəsinin rəisi, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifələrində çalışıb.
Rasim Musayevin çoxsaylı cinayət törətmiş dəstənin aşkar edilməsi, sui-qəsdlərin, ev oğurluqlarının, qətllərin və digər cinayət hadisələrinin törədilməsində iştirakçı olan şəxslərin yaxalanmasında xüsusi xidmətləri olub. General 2015-ci ildə vəfat edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025