Cəmiyyət (22-01-2019, 12:30)
Azərbaycanlı aparıcı dələduzluqda ittiham olunur

Mediatv.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri “Sinema güzeli” yarışmasının layihə rəhbəri, aparıcı Aysel Nazim fırıldaqçılıq ittihamları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Aparıcı bildirib ki, bu ildən etibarən Azərbaycanın da qoşulduğu müsabiqə seçimləri ödənişsizdir və heç kimdən pul alınmayacaq:
“Biz keyfiyyətli bir layihə təşkil edirik. Türkiyədən gələn jürilərimiz seçimləri edəcək. Aparıcı Vüsalə Səidin oxşar layihəsi olub. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. Hər kəs daha əvvəl iştirakçıların aldadılmasından, pul alınmasından, yalan vədlər verilməsindən danışır.
Bu layihənin hüquqları məndədir və hər şey qanunauyğun nəzərdə tutulub. Altı qız, altı oğlan seçiləcək və onlara ödənişsiz aktyorluq dərsləri keçiləcək. 27 yanvar tarixindən seçimlər olacaq və 18-28 yaş aralığında gənclər seçiləcək. Son olaraq qaliblər Türkiyədə qala gecəsinə qatılacaq”.
Qeyd edək ki, bir müddət öncə əməkdar artist Məlahət Abbasova bu kimi müsabiqələri fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan “Sinemanın kral və kraliçesi” yarışmasının qaliblərinin ortada olmadığını bildirib.
Xatırladaq ki, V.Səid ittihamlara cavab verməkdən imtina edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025