Cəmiyyət (27-12-2018, 19:00)
5 il ərzində 160-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Təsadüfi deyil ki, İspaniya və Əlcəzair kimi uzaq dövlətlərdən cinayətkar şəxslərin ölkəmizə ekstradisiyası həyata keçirilib.
Son dövrlər ekstradisiya zamanı təslim edilən şəxslərin hüquqlarının qorunmasına, onların penitensiar müəssisələrdə saxlanma şəraitinin Avropa standartlarına uyğun təminatına və tibbi vəziyyətinə daim nəzarət olunmasına xüsusi diqqət yetirilir. Hətta bəzi dövlətlərdə şəxsin ekstradisiyası barədə qərarın onu qəbul edən dövlətdə saxlanma şəraiti ilə yerində tanış olunduqdan sonra verilməsi təcrübəsi mövcuddur.
Bu sahədə aparılan islahatların müsbət nəticəsidir ki, Almaniya tərəfi qeyd edilən praktikadan istifadə edərək Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Azərbaycan vətəndaşının ekstradisiyası ilə bağlı müsbət qərar qəbul edib və o, bu günlərdə Ədliyyə Nazirliyi tərəfindən Almaniyadan ölkəmizə gətirilib.
Ümumiyyətlə isə, ötən 5 il ərzində 160-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.
Bu sahədə lazımi tədbirlər bundan sonra da davam etdiriləcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025