Cəmiyyət (7-12-2018, 18:00)
Siyavuş Novruzov “Milyarderlər İttifaqı”nı ittiham etdi

Bu gün Azərbaycan-Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnənlər kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur: niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər?”
Mediatv.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Yerevanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur:
“Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orada tədbirlər təşkil olunurmu? Axı, siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?”
S.Novruzov söyləyib ki, ölkəmizdəki anti-Azərbaycançı qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar, konkret olaraq, “Milyarderlər İttifaqı”nın üzvləri tərəfindən maliyyələşdirilir:
“Rusiya parlamentində bir Zatulin var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu, milyarder azərbaycanlılar öz məsuliyyətlərini dərk etməlidirlər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025