Cəmiyyət (15-10-2018, 14:00)
Deputat dini icmalara avtomobil verilməsinə münasibət bildirib
Azərbaycanda icmalara maşınların verilməsi nümunəvi haldır.
Mediatv.az-ın məlumatına görə, bunu Milli Məclisim İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısını mütəmadi müşahidə edirik:
“Biz bu gün məscidlərin tikilib, yenidən təmir olunması və insanların istifadəsinə verilməsi, o cümlədən dini mərasimlərdə prezident İlham Əliyevin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsinin şahid oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Söhbət fərdlərdən getmir, icmalardan gedir”.
Siyavuş Novruzov qeyd edib ki, icmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses başlayıb.
