Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-12-2015, 14:30)
"Dindarın əlində Quran olar, avtomat yox" - Siyavuş Novruzov

"Dindarın əlində Quran olar, avtomat yox" - Siyavuş Novruzov

 

"Hər bir Azərbaycan vətəndaşı qanunvericiliyin tələblərinə əməl etməlidir”.

Mediatv.az-ın məlumatına görə, bu fikirləri YAP-çı deputat Siyavuş Novruzov Nardaran hadisələri ilə bağlı açıqlamasında deyib. 


Komitə sədri vurğulayıb ki, ölkəmizdə kəndlər arasında ayrı-seçkilik etmək olmaz və qanunun aliliyi hamı tərəfindən qorunmalıdır.

“Dövlət hər bir vətəndaşındır. Vətəndaşların sosial və digər problemlərinin həlli istiqamətində dövlət tərəfindən lazımı addımlar atılır. Dövlət bu addımları atırsa, o demək deyil ki, kimdənsə və ya hansısa kənddən çəkinir”.

S. Novruzov deyib ki, din xadimlərinin əlində “Quran” kitabı olar, avtomat, qranat yox: “Bu, dini məsələ yox, sırf təhlükəsizlik məsələsidir. Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması üçün hüquq-mühafizə orqanları tərəfindən lazımı addımlar atılır. Vətəndaşlar qanundan sui-istifadə etməsinlər. Nardaran hadisələri çox ciddi məsələdir. Orada ixtisaslaşdırılmış və hazırlaşdırılmış dəstələrdən söhbət gedir. Onların böyük əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur. Onlar Azərbaycanın ayrı-ayrı regionlarından və bölgələrindən gələn, başqa ölkələrdə təlim keçən şəxslərdir. Bunların planları digər ölkələrdə olan terror aktlarının həyata keçirilməsi, dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlərin təşkil olunması, dövlətin əsas fundamental, konstitusion quruluşunun dəyişdirilməsidir”, - deyə S. Novruzov bildirib. 

Deputat qeyd edib ki, Nardaranda baş verən hadisələrlə əlaqədar “Dini etiqad azadlığı haqqında” qanuna müvafiq dəyişikliklər ediləcək: “Qanunvericilikdə ciddi dəyişikliklər olmalıdır. Hər kəs bilməlidir ki, kim azad şəkildə dinə xidmət edirsə, bütün məscidlərin qapısı onlara açıqdır. Məscidlərdən təşkilat qurmaq üçün istifadə edənlərə icazə verilməyəcək. Növbəti iclasda bu məsələ müzakirə olunacaq”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024