Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-02-2017, 11:04)
Rəhbər uğurla seçiləndə…

2016-cı il də sona yetdi. Respublikada gedən tərəqqiyönlü proseslərdən ilham alan bütün Azərbaycan vətəndaşları kimi, cəlilabadlılar da ili uğurlu göstəricilərlə yola salır. Gələcəyə nikbin nəzərlərlə baxırlar. Onların bu optimist əhvali-ruhiyyəsinin obyektiv səbəbi ölkəmizin get-gedə artan iqtisadi qüdrəti, dövlət rəhbərliyinin həyata keçirdiyi sosial proqramlardısa, subyektiv səbəb Cəlilabad rayon İcra Hakimiyyəti başçısı cənab Əziz Əzizovun şəxsiyyətinə olan inamlarıdır. Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizovun, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları və digər idarələrin rəhbərləri vaxtaşırı olaraq, Cəlilabadın bütün kəndlərində görüşlər və səyyar qəbullar keçirirlər. Əziz Əzizov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını,ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri,əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.Səyyar qəbullarda vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Əziz Əzizov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Əziz Əzizov bir çox hallarda aztəminatlı sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.Aztəminatlı ailələrin yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.RİH-nin diqqət mərkəzində saxladığı məsələlərdən biri də buğda istehsalçılarının istifadə etdikləri yanacaq və motor yağlarına görə kompensasiyaların ödənişidir ki, bu da vaxtlı-vaxtında, plastik kartlarla təmin olunub.Rayonun təhsil, mədəniyyət, səhiyyə sahələrində xeyli işlər görülmüş, müəssisələrin fəaliyyətində irəliləyişlərə nail olunmuşdur. Cəlilabadda müşahidə olunan tendensiyalar, rayon vətəndaşları arasında keçrilən sorğuların nəticələri  belə qənaətə gəlməyə əsas verir ki, Əziz Əzizovun rəhərliyi altında həyata keçirilən işlər birmənalı olaraq Cəlilabad əhalisinin bütün zümrələrini qane edir. Başqa rayon icra hakimlərindən fərqli olaraq, Əziz Əzizov RİH-nin iclas və yığıncaqlarında idarə, müəssisə və təşkilatların fəaliyyətində aşkar olunan nöqsanlar barədə söylədiyi tənqidi fikirləri hesabatlarda dərc etdirməyi vacib sayır. Çünki o, özünütənqidi tərəqqiyə xidmət edən vasitə hesab edir. Di gəl, çox təssüflər olsun ki, Cəlilabadda gedən inkişaf meyllərini gözü götürməyən, Əziz Əzizovun uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar.  Dövlətçiliyə bunca sadiq adamı  az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Lakin müdrik rəhbər kimi Əziz müəllim bütün bunların fövqündə dayanıb, daha böyük şövqlə işləməklə, özünün vəzifəyə deyil, vəzifənin ona ehtiyaclı olduğunu sübuta yetirib.Əziz müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir. O, bir çox başqa rayon rəhbərlərindən fərqli olaraq, Əziz müəllim daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görmüşdür. Xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə on minlərlə insanın qəlbində özünə əbədi heykəl ucalda bilmişdir. Rayon İcra Hakimiyyətinə başçılıq etməyə başlayandan bəri Əziz Əzizov idarəetmədə inzibati amirlik və qəyyumluq hallarının aradan qaldırılmasına nail olmuş, yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü RİH başçısına çatdırıb deyə bilir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı sadə cəlilabadlılar arasında ona böyük nüfuz qazandırmışdır. Əziz müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır.Əziz müəllim özünü bir üzdə, bir sifətdə tanıda bilib, olduğu kimi görünüb, göründüyü kimi qalıb. Əziz müəllimi fərqləndirən keyfiyyətlər çoxdur: Adamları, kadrları yaxşı tanıması, onlarla hərtərəfli iş qurmaq təcrübəsi, dövlət quruculuğu,praktik işdən və qanunvericilikdən baş çıxarması, sosial infrastruktur sahələrinə yaxından bələd olması ,yüksək intellektual imkanları, siyasi mükalimə və dialoq aparmaq qabiliyyəti, azad fikrə, açıq sözə, tənqidə hörməti, başa düşülən və qəbuledilən şəffaf iş üsulu, təmənnasızlığı, təmizliyi və ədalətliliyi, obyektivliyi, qərəzsizliyi və s. Hər insan özünü vəzifələrdə təsdiq edə bilmir. Hansı hansı vəzifəni daşıdısa, Əziz müəllim sahib olduğu mərtəbədən ucada dayanmışdır, şərəfli adını və bütövlüyünü qoruyub saxlamış, heç kim üçün - nə adi insanlar, nə də uşaqlıq və gənclik yoldaşları üçün əlçatmaz olmadı. Əksinə, daha sadə, daha başa düşülən, qəbul edilən rəhbər işçi oldu. Buna görə də bütün cəlilabadlılar onunla fəxr edib, qürur duyurlar. Əziz müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir cəlilabadlı zərər çəkməyib, çətinliyə düşməyib. Çünki o, əsilli-köklü insandır, saf və təmənnasız ziyalıdır. Həyatda özünü güclü, kamil bir şəxsiyyət kimi təsdiq etmiş, doğma Azərbaycanımıza ləyaqətlə xidmət göstərən, respublika miqyaslı yetkin bir kadr, ictimai-siyasi xadim kimi tanınıb qəbul edilən Əziz Əzizov daim addımların yaşadığı sevinci də, kədəri də dərindən duya bilmiş, kiməsə köməklik göstərə biləndə özünü dünyanın ən xoşbəxt isanı hesab etmişdir.Həyat Əziz müəllimi çoxdan sınayıb, o isə həmin sınaqlardan mərdi-mərdanə keçmişdir. İnanırıq ki, Allahın ona bəxş etdiyi qeyrətli ömrün davamını da şərəflə yaşayacaqdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024