Cəmiyyət (3-03-2018, 13:08)
Azərbaycanda ovçu olmaq üçün nə etmək lazımdır?
Ovçuluq biletinin alınması üçün keçirilən ovçuluğun minimumu üzrə sınağında iştirak etmək üçün hansı sənədlər tələb olunur?
Mediatv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda sualı cavablandıran Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, Azərbaycan prezidentinin 2004-cü il il 26 may tarixli 69 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasəb ovçuluq bileti ETSN tərəfindən verilir. Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş “Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən ETSN bu məqsədlə Ovçuluğun minimumu üzrə sınağı Komissiyasını yaradıb.
Sözügedən sınaq imtahanında iştirak etmək istəyən vətəndaşlar aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:
1. Ərizə (Departament direktorunun adına);
2. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
3. Ərizəçi tərəfindən ov silahının saxlanılması, gəzdirilməsi və istifadəsi hüququnu təsdiq edən şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
4. 3x4 ölçüdə iki ədəd rəngli fotoşəkil.
