Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-01-2018, 14:00)
Yol polisi: Sürücülər bir dəqiqəlik sükut zamanı siqnal verməlidir

Yol polisi: Sürücülər bir dəqiqəlik sükut zamanı siqnal verməlidir

 

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də, səhər saat 08:00-dan etibarən tədbir tam başa çata qədər paytaxtın Parlament prospektinin Şəhidlər xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq, hərəkət istiqaməti dəyişdiriləcək.

Bu barədə Mediatv.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Məlumata görə, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Vaqif Əsədov sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb:

“Sürücülərdən xahiş edirik ki, mövcud vəziyyətlə bağlı alternativ yollardan istifadə etsinlər. Ziyarətçilərin də ictimai nəqliyyatlardan istifadə etməsi arzuolunandır. Eyni zamanda həmin gün bir dəqqiqəlik sükut elan edilməsi ilə bağlı (saat 12:00 - red.) həmin ərazidə yol polisi əməkdaşları sürücülərə işarə verdiyi an sürücülər dayanmalı və səs siqnallarından istifadə etməlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024