Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-06-2014, 22:36)
Xalq şairinin ailəsi prezidentə müraciət etdi

Xalq şairinin ailəsi prezidentə müraciət etdi

 

Mərhum xalq şairi Qabil İmamverdiyevin ailəsi Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə müraciət edib. İmamverdiyevlər ailəsi adından müraciətə imza atan Mahir Qabiloğlunun müraciətində deyilir:

- Hörmətli Prezidentimiz! Mən şair Qabilin yeganə varisiyəm. Atam 8 ildir ki, rəhmətə gedib. Sizin və Ümummilli liderimiz Heydər Əliyevin atama olan münasibətini hamı, bütün xalq bilir. Bunları sadalayıb vaxtınızı almaq istəməzdim. Atamı “İstiqlal” ordeniylə təltif etməyiniz və bir prezident kimi atamın dəfn mərasimində iştirak etməniz, fəxri qarovulda dayanmağınız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başsağlığı məktubu göndərməsi o ağır günlərdə ailəmiz üçün böyük təskinlik idi. Şəxsən mənə “ailənizin nə problemi olsa, utanma həmən müraciət elə” deməniz və zaldaca mədəniyyət naziri Əbülfəs Qarayevə, Bəylər Əyyubova tapşırmağınız mənimçün böyük fəxr idi.

Əliyevlər ailəsiylə bağlı bu cür xoş xatirələrim çoxdur. Gündəlik yazılarımda, yaradıcılığımda hamısını bir-bir yazıb sayt və qəzetlərdə dərc elətdirirəm. Qızınız Leyla xanımın da şeirləri o qədər ürəyimcədir ki, tərcümələrinə başlamışam. Azərbaycanda gənc yaradıcı insanların inamla bu arenaya daxil olması və inamla addımlaması ədəbiyyatımız üçün də müsbət amildir. Tərcüməmi Leyla xanımın özünün Facebook səhifəsində paylaşmağından hiss etmişəm ki, müəllifin də xoşuna gəlib - çox şadam.

Cənab Prezident! Heydər Əliyev cismən aramızda olmasa da siz varsınız, Əliyevlər ailəsi var. Böyüklüyünüzü görür, varlığınızı daim üzərimizdə hiss edirik. Qabil də bu dünyada yoxdursa, İmamverdiyevlər ailəsi köhnə ənənələri, bağları davam etdirir, yaşadır. Bu qədim bağlara söykənərək İmamverdiyevlər ailəsi adından sizə müraciət, xahiş etmək istəyirəm: Atam – xalq şairi Qabilin xatirəsini əbədiləşdirməklə bağlı sərəncam imzalayasınız. Bu barelyef də ola bilər, küçə adı da, məktəbə ad da… Bakı kəndlərinin birində büst, heykəl, park da. Hansını layiq və məsləhət görsəniz şad olaram.

Hörmətlə: İmamverdiyevlər ailəsi adından Mahir Qabiloğlu

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024