Cəmiyyət (17-06-2014, 21:39)
Səlim Müslümovun daha bir qadın kadrı Sumqayıtda “əlillik” bazarı açıb
Səlim Müslümovun nazir təyinatı edərkən verdiyi vədlərə baxmayaraq sosial sahədə olan biabırçılıqlar və korrupsiya halları davam etməkdədir.
Hətta demək olar ki, yeni nazirin təyin etdiyi yeni kadrlar sosial yardım və əlilik verilməsi sahəsində daha biabırçı «bazarlar» yaradıblar.
Qeyd edək ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunduqdan sonra dəfələrlə bildirmişdi ki, ölkə prezidenti sosial sahədə qayda yaratmaq barədə ona xüsusi tapşırıq verib və o bu tapşırığı yerinə yetirəcək. Lakin aradan yarım ildən artıq zaman keçməsinə baxmayaraq yerlərdəki vəziyyət onu deməyə əsas verir ki, Səlim Müslümov prezidentin tapşırığını yerinə yetirmək üçün əslində heç bir addım atmır. Çünki onun təyin etdiyi yeni kadrlar sosial yardım və əlilik dərəcəsi almaq üçün rüşvətlə sənəd verməyi artırmaqla yanaşı, həmçinin rüşvətin miqdarını artırıblar.
Misal üçün əgər Füzuli Ələkbərovun zamanında 2-3 min manata əlilik dərəcəsi almaq mümkündüsə, indii bu rüşvət məbləği 6-8 min manata çıxarılıb. Qeyd edək ki, Səlim Müslümov Füzuli Ələkbərovdan fərqli olaraq qadın kadrlarla çalışmağa üstünlük verir. Səlim Müslümov yəqin ki, bunu qadınların korrupsiyaya daha az bulaşacağı məntiqi ilə edib. Ancaq ortadakı nəticə fərqlidir. Yəni Səlim Müslümovun qadın məmurları Füzuli Ələkbərovun kişi məmurlarından daha çox korrupsiyaya bulaşırlar.
Redaksiyamıza Sumqayıtdan vətəndaşların etdiyi müraciətdə bildirilir ki, Səlim Müslümov tərəfindən yeni təyin olunmuş 12 saylı Tibbi Sosial Ekspertiza Komisiyyasının (TSEK) sədri Gülnarə Hacıyeva Sumqayıtda əməlli başlı «bazar» açıb və yeniliklər gətirib. Belə ki, məlumata əsasən 12 saylı TSEK sədri Gülnarə Hacıyevanın özü əlilik dərəcəsi almaq istəyən «müştəri» axtarışına çıxıb. Bildirilir ki, Gülnarə Hacıyeva işlədiyi poliklinkanın bəzi həkim və tibb bacılarını «əlil müştəri» tapmaq üçün səfərbər edib. Hətta məlumata əsasən xanım TSEK sədri Azərbaycan reallıqlarını nəzərə alaraq «dəllallar» vasitəsi ilə tapılan müştərilərə «endirim» də edir. Həmin şəxslərə əlilik dərəcəsi 6 min manata verilir.
Qeyd edək ki, Gülnarə Hacıyeva Sumqayıt 12 saylı Tibbi Sosial Ekspertiza Komisiyyasının sədri vəzifəsinə təqribən 6 ay əvvəl təyin olunub. Onun sələfi Rasim Zeynalov nazir səlim Müslümov tərəfindən korrupsiyada ittiham olunaraq ötən ilin noyabr ayında işdən azad olunub.
Qarış tərəfin mövqeyini dərc etməyə hazırıq…
pia.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024